
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla 03 sentyabr 2021-ci il tarixdə Təhsil Nazirliyində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin yaxşı təhsil alması, onların sağlam, vətənpərvərlik ruhunda böyümələri üçün zəruri şərait yaradılır.
01 sentyabr 2021-ci il tarixdən etibarən milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan “Təhsil Kursları”nın Kəngərli rayon filialı keyfiyyətini daha geniş auditoriyaya çatdırmaq üçün peşəkar və yüksək təcrübəyə malik müəllim komandası ilə abituriyent istiqaməti üzrə öz fəaliyyətinə başlayıb və hal-hazırda Qıvraq qəsəbə tam orta məktəbində xidmət göstərir.
Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək, istedadlı məktəbliləri aşkara çıxarmaq və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan Cəlil Məmmədquluzadənin hekayələrinin şagirdlər tərəfindən oxusu və “Hekayələr kitabının qəhrəmanları” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.