Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyənləşdirilməsi və şahmatçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
10 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Mərkəzində “12 avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan komandaları arasında şahmat birinciliyi keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 komanda iştirak edib. İştirak edən komandalar arasında hər komandada 6 oğlan olmaqla, ümumilikdə 102 şagird yarışda mübarizə aparıb.
Serbiyanın Voyevodina muxtar vilayətində şahmat üzrə beynəlxalq açıq çempionat təşkil olunub. 6 gün davam edən “XI Open International Championship of Vojvodina – 2021” yarışına 14 ölkədən, ümumilikdə, 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yeganə şahmatçı 8 görüşdən 5,5 xal toplayıb. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza Həsənov, reytinq əmsalını da 137 xal artırıb.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində rəsm dərnəyinin üzvlərinə “Təsviri sənətin janrı – natürmort” mövzusunda ustad dərs təşkil edilib.