Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində yerləşən hərbi hissədə və müdafiə mövqelərində olub.
Şəxsi heyəti salamlayan Ali Məclisin Sədri deyib: 1992-ci ildən bu ərazilər Azərbaycan əsgərinin nəzarətindədir. Əvvəlki illərdə bu cür şərait olmasa da, Azərbaycan əsgərinin şücaəti, hünəri imkan verdi ki, çətin şəraitdə xidmət təşkil edilsin. Sonrakı illərdə burada yaradılan şərait xidmətin təşkilini xeyli asanlaşdırdı. Ötən dövrdə bu ərazilərdə xidmət layiqincə yerinə yetirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay Tədbirlər Planı”na əsasən avqustun 17-si Şərur, Kəngərli və Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında ilk dəfə “Açıq kitabxana” layihəsi adı ilə açıq hava altında kitab oxu aksiyası keçirilib və oxucularla kitabların müzakirəsi aparılıb. Şərur şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 20-yə yaxın dərnək üzvü və dərnək rəhbərləri iştirak edib.
Bu gün Kəngərli rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Yay Tədbirlər Planına uyğun olaraq “İdman sağlamlıqdır” mövzusunda boks idman klublarının idmançılarına yay məşqləri keçirilib.
Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.