“Təhsil millətin gələcəyidir” deyən xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman təhsil sahəsinə yüksək qayğı ilə yanaşırdı. Ulu öndər 1969-cu ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini diqqətdə saxlayırdı. İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli liderimiz xalqımızın təkcə bu gününü deyil, həm də gələcəyini düşünərək bu sahənin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirirdi.
Yaşadığımız bu digital dünyada gündən-günə bizə yeni texnologiyalar təqdim olunur, faydalı fikirlər ortaya çıxır. Gündəlik həyatımızı daha da asanlaşdırıb sürətləndirmək üçün bir-birindən fərqli innovativ layihələrə zərurət yaranır.
Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilib, ən müasir mətbəə avadanlıqları quraşdırılıb, maddi-texniki baza gücləndirilib. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.
İyulun 29-da Naxçıvan Dövlət Texniki Kollecində 2020-2021-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla, o cümlədən fərqlənmə attestatları ilə təltif olunan məzunları təbrik etdi, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-gənclər şahmat məktəbinin Yay Tədbirlər Planına uyğun olaraq ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında Tempo turniri keçirilib.