Uşaq Gənclər İdman Məktəbin “Yay tədbirlər plan”ına uyğun olaraq Sədərək Rayon Təhsil Şöbəsinin , İdman İdarəsinin və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis idman növü üzrə qızlardan ibarət klublar arasında rayon birinciliyi keçirilib.
Keçirilən görüşdə Təhsil Şöbəsinin, İdman İdarəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin 14 qız idmançı şagirdləri iştirak edib.
Gərgin və bir o qədərdə maraqlı keçən birinciliyin yekun nəticələrinə əsasən I yerə Cansu Zeynalova, II yerə Gülay Salahova və III yerə isə Sevinc Məmmədova layiq görülmüşlər.
Qalib idmançılar təşkilatçıların diplom, fəxri fərmanları ilə təltif ediliblər.
İstedadlı şagirdlərin aşkara çıxarılmasında, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək məqsədilə keçirilən Respublika fənn olimpiadasında muxtar respublikanın 26 məktəblisi qalib olmuşdur. İyulun 27-də Respublika fənn olimpiadasının qaliblərinə medal və diplomlar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün 2-14 avqust 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının QRAFİKİ ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
16 iyul