Salam, hörmətli redaksiya!
Bu məktubu yazmaqda məqsədim Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “STEAM yay məktəbi”ndə iştirakımla bağlı təəssüratlarımı bölüşməkdir. Onu deyim ki, buraya seçildiyimi öyrənəndə çox sevindim. İlk dəfə iştirak etdiyim bu məktəbdə çoxlu dostlar qazandım, vaxtım çox maraqlı və əyləncəli keçdi. Digər məktəb şagirdləri ilə birgə iştirak etdiyim intellektual və idman oyunları, baxdığımız filmlər vaxtımızı səmərəli keçirməklə yanaşı, biliyimizin zənginləşməsində də mühüm rol oynadı. Bu məktəbdə STEAM təhsili üzrə indiyədək öyrəndiklərimizi ümumiləşmiş formada yenidən tətbiq etdik.

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbinin “Yay tədbirlər planı”na uyğun olaraq Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “12 avqust Beynəxalq Gənclər Günü” ilə əlaqədar olaraq rayonun ümumtəhsil məktəblərində təhsil alan şahmatçı şagirdlər arasında şahmat yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə iştirak edən 60 tələbəyə STEAM üzrə təlimçilər tərəfindən 3D modelləşdirmə, 3D çap, müxtəlif növ printerlərdə çap qaydaları, mühəndislik dizayn həlləri və digər bu kimi mövzularda praktik biliklər verilmişdir.