• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün954
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3835
mod_vvisit_counterBu ay36167
mod_vvisit_counterÜmumi2503432

Tarix: 24 Apr., 2024

Onlar artıq ali məktəb tələbələridirlər

Bu il  tələbə adını qazanan  yüzlərlə gənc   yeni tədris ilində ali məktəb  qapılarını açdı. Sirr deyil ki, muxtar  respublikamızda təhsil sahəsində həyata keçirilən islahatlar, təhsilə göstərilən diqqət və qayğı    orta məktəbi bitirən məzunların hər il ali məktəblərə qəbul imtahanlarında qazandıqları uğurlu nəticələrə  yol açır.  2020-2021-ci tədris ilində muxtar respublika məktəblərini bitirən  abituriyentlərin  261 nəfəri 500- 700 bal intervalında  nəticə göstərdi.  Yüksək nəticə göstərən məktəblər sırasında  Heydər Əliyev adına tam orta məktəbin  adı da var.

Ulu öndər Heydər Əliyevin adını daşıyan  məktəbin bu ilki nailiyyətləri ilə maraqlanmaq üçün gedərkən yol boyu təhsilimizin dünəni  gözlərim  önündə canlandı. Soyuq sinif otaqları, köhnə tədris avadanlıqları, dərslik almaq problemi...

İndi mənzərə tamamilə fərqlidir. Bu günün şagirdləri   güclü maddi-texniki bazaya malik olan müasir məktəb binalarında  təhsil alır, pulsuz dərsliklərlə təmin edilir. Hər il bilik günündə yeni tədris ocaqlarının  istifadəyə verilməsi ənənə halını alıb. Əsas məqsəd gələcəyimizi savadlı, bilikli gənc kimi yetişdirməkdir.

Gözəl memarlıq quruluşu, əzəmətli görkəmi ilə  yenə şagirdlərin səs-küyünə qərq olan, müasir standartlara cavab verən Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin  müəllim və şagirdləri də bu ilki uğurlarının və yeni dərs ilinin  sevincini yaşayırlar.

Təməli təhsilimizin böyük himayədarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan, təhsildəki nailiyyətləri yaşından böyük olan bu  məktəb həm də Ulu öndərin adına layiq  bir abidədir. 2004-cü ilin sentyabr ayında məktəbi təhsil ictimaiyyətinin ixtiyarına  verən prezident İlham Əliyevin 17 il əvvəl  bu məktəbin həyətində  söylədiyi  fikirlər isə  bu gün də yaddaşlarda  yaşamaqdadır.

“Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir.  Bu həm memarlıq baxımından gözəl binadır. Həm də burada yüksək səviyyədə təhsil almaq üçün hər bir şərait var. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu məktəb Azərbaycanda ən yaxşı məktəblərdən biri olsun.”

Bəli, zamanla ölkəmizin ən yaxşı məktəbləri sırasında qərarlaşan bu məktəb neçə-neçə həkim, müəllim, mühəndis, hərbçi və başqa sahələrdə çalışan kadrların ilk tədris beşiyi oldu. Neçə-neçə məzunları “Qızıl”, “Gümüş” medallarla təhsilini başa vurdu. Şagirdlərinin adı Naxçıvan Muxtar Respublikası Gənc istedadlarının “Qızıl kitabına” yazıldı. Müəllimlərin də əməyi unudulmadı. Fəxri adlara, medallara  layiq görüldülər.   Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin 2014-cü il 21 avqust tarixdə imzaladığı sərəncamla 10 illiyi keçirilən   bu bilik ocağının  daşıdığı missiya  böyükdür. Burada təhsil alan gənc nəsil Ulu öndərin adına, onun siyasi ideyalarına  layiq bir şəkildə təlim-tərbiyə alır. Məktəbə yeni qədəm basan hər bir şagird əvvəlkilərdən  sözün yaxşı mənasında bir estafet götürür. Ötən bu illərin, eləcə də 2020-2021-ci tədris ilinin  uğurlu naticələri  də  bunu sübut edir.

Belə ki, bu il məktəbin 76 məzunundan 58 nəfəri  tələbə adını qazanıb. Onlardan 13-ü 500-700 intervalında  bal toplayıb.  Bu il məktəb üzrə ən yüksək göstəricini isə Nurxan Mirzəyev qazanaraq  631 balla  Azərbaycan Respublikası Dövlət Gömrük Akademiyasının  “Hüquqşünaslıq” ixtisasına daxil olub.

Nurxan Mirzəyev: “Hələ aşağı siniflərdə oxuduğum illərdə çalışırdım ki, bütün fənləri eyni səviyyədə öyrənim. Bu öyrənmək həvəsi də  buraxılış və qəbul imtahanlarında yüksək nəticə qazanmağıma səbəb oldu. Əldə ətdiyim uğur tək mənim    yox, valideynlərimin dəstəyi, müəllimlərimin əməyi və məktəbimizdə  mövcud olan şərait sayəsində mümkün oldu.  Hədəfimə çatmaq üçün sistemli və keyfiyyətlə çalışdım.   Gələcəkdə fəaliyyətimi hansı sahədə davam etdirməyimdən asılı olmayaraq çalışacağam ki,  bütün elmlərə dərindən yiyələnim.”

Nurxan  məktəbdaxili və məktəbdənkənar yarışlarda, muxtar respublika və ölkə üzrə  keçirilən  olimpiadalarda  da iştirak edib.  Respublika fənn olimpiadasının builki mərhələsində   isə  tarix fənni üzrə ikinci yeri tutaraq gümüş medala  layiq görülüb.

Ümumi təhsili nailiyyətlərlə başa vurduğuna görə Zülfüqarlı Asim  məktəbi  fərqlənmə attestatı ilə  bitirib.  Qəbul imtahanlarında 614 bal toplayaraq ADA Universitetinin  tələbəsi adını qazanan Asim gələcəyin hüquqşünası olmaq üçün ilk addımlarını atıb.

616 ballıq nəticə göstərən Ümid  Hacıyev də  bu  ixtisas üzrə təhsil alacaq. Kiçik yaşlarından hüquqşünas olmaq arzusunda olan  Ümid  artıq NDU-nun “Sosial idarəetmə və Hüquq”  fakültəsinin tələbəsidir.

Hələ uşaq olanda  istəyirdim ki, mən də bu məktəbdə təhsil alım.  Məktəb yaşına çatanda valideynlərim məni  bura gətirdi.   Arzuladığım ideal bir məktəbdə 11 il oxudum, çalışdım və istəyimə çatdım”,- deyən Zəhraxanım Heydərova  573  balla ADA Universitetinin “Dövlət və ictimai münasibətlər” fakültəsinə daxil olub.

“Topladığın bal önəmli deyil. Əsas odur ki, seçimin düzgün olsun. ADA Universitetinin  tələbəsi adını qazanmaq  hər abituriyentə nəsib olmur.  Buna görə özümü şanslı  tələbələrdən  sayıram. Şərait və təhsil baxımından ADA Universiteti heç də dünyanın nüfuzlu universitetlərindən geri qalmır. Bakalavr təhsilimi yüksək səviyyədə tamamlayıb gələcəyin diplomatı olmaq istəyirəm”.

Buraxılış və qəbul imtahanlarında  500 bal toplayan Nərmin Abbasova  Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət sifarişi ilə təhsil alacaq.  Bu uğuru üçün o da gecəsini gündüzünə qataraq çalışıb. Zəhməti isə bəhrəsiz qalmayıb.  İndi tələbə adının sevincini yaşayır.

Məktəbin  builki məzunlarından tibb sahəsini seçənlər də var. Qoçəlisoy Tərlanın simasında gələcəyin əsl həkimini görmək mümkündür. 571 ballıq nəticə ilə 11 illik əziyyətinin bəhrəsini dadıb. Seçimi isə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomotologiya ixtisası olub.

Qoçəlisoy Tərlan: “Ən böyük arzum həkim olmaq idi.  Məktəbimizdə yaradılan təhsil şəraitindən lazımınca bəhrələndim.   Bəzən  yarım saat yatdığım günlər oldu. Yuxusuz gecələrim və sistemli çalışmağım məni  bu  arzuma çatdırdı. Naxçıvan  Muxtar Respublikası Ali Məclis Sədrinin  bu  il yüksək bal toplayan məzunlarla keçirdiyi  görüşdə  iştirak etməyim isə  həyatımın unudulmaz günlərindən biri oldu.   Buradakı təhsilimi bitirdikdən sonra   xaricdə rezidentura təhsili almaq istəyirəm.”

“Yüksək bal toplamağımızın  əsas səbəbi məktəbdə müəllimlər tərəfindən verilən tapşırıqları layiqincə  yerinə yetirməyimiz, məktəbin daxilindəki nizam-intizam qaydalarına əməl etməyimiz, daim öz üzərində çalışmağımız və biliklərimizi təkminləşdirməyimizdir”,-deyən Fidan İsmayılovanın seçimi   Naxçıvan Dövlət Universiteti olub. Buraxılış və qəbul imtahanlarında 529 bal toplayan Fidan “Beynəlxalq münasibətlər və xarici dillər” fakültəsinin “İngilis dili” ixstisası üzrə birinci kurs tələbəsidir.

Hər bir məktəbin  fəaliyyətini dəyərləndirən əsas sima  həm də onun  məzunlarıdır.  Bu gün təhsilə göstərilən qayğı və diqqəti  görən şagirdlər  üzərlərinə düşən məsuliyyəti dərindən dərk edərək 11 il oxuduqları məktəbə, müəllimlərinə, valideynlərinə və özlərinə üz ağlığı gətirirlər.

Onlar  Heydər Əliyev adına tam orta məktəbin bu il müxtəlif ali məktəblərə qəbul olan 58 məzunundan sadəcə bir neçəsidir. Sevincləri  gözlərindən, üzlərindən oxunur. Göstərdikləri əzm və zəhmətlə arzularına, muradlarına çatan, sabahımız üçün hərəsi bir işıq, ziya olan bu inamlı gənclərin oxuyacaqları ali məktəblərdə də nümunəvi tələbə olacaqları şübhəsizdir.

Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbinin  builki tədris ilində qazandığı uğurlar  isə son deyil. Yeni dərs ilində  müəllim və şagird kollektivi daha böyük uğurlar üçün çalışacaq.  Gələcək uğurların davamını isə ötən gün məktəbin birinci sinifinə ilk qədəmlərini atan  fidanlar gətirəcək.

Türkanə Əmoyeva

“NUHÇIXAN”


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg