Şərur rayonunda Günəş Elektrik Stansiyası istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın kompleks inkişafına xidmət edir. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi və bu gün biz bu siyasəti uğurla davam etdiririk”.

Ardını oxu...

İstiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş interaktiv dərs keçirilib

Mayın  5-də  Naxçıvan Muxtar Respublikası  Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə İstiqlal şairi Əhməd Cavadın həyat və  yaradıcılığına    həsr olunmuş interaktiv dərs keçirilib.
Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsdə  bildirilib ki, son illərdə Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür.
Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30-cu ilində bu sahədə misilsiz xidmətləri olan görkəmli insanlar da ehtiramla anılır.

Ardını oxu...

Birinciliyin qalibləri müəyyən olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin, o cümlədən şəhər və rayon komandalarının oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilik Duzdağ magistral yolunun 5 kilometrlik məsafəsində keçirilib. Turnirdə 170-dən çox atlet mübarizə aparıb.

Ardını oxu...

“Mütaliə aylığı”nda keçirilən tədbirlərdə 20 mindən artıq şagird iştirak edib

Aprelin 29-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir.

Ardını oxu...

Yolunuz açıq olsun!

El arasında “Yolun açıq olsun!” sözlərini, adətən, kimsə harasa gedəndə deyirlər. Ancaq bu sözün həm də müxtəlif məna çalarları var. Yol barədə mövcud olan bir sıra aforizmlər bunun ən gözəl nümunəsidir. Məsələn, “Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir” (Balzak), “Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz” (Bernard Şou), “Allahı sevməyin yolu onun yaratdıqlarını sevməkdən keçir” (Əbu Turxan), “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil” (Konfutsi) və sair.
Bu yollar içərisində bir yol da var: İNKİŞAF YOLU. Bu gün Naxçıvan Muxtar Respublikasının mediası da göstərilən diqqət və qayğı sayəsində məhz bu yolla irəliləyir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg