Direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün müsahibə proqramı

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyindəki  təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün ilk dəfə olaraq  müsabiqə  keçirilmişdir. Müsabiqədə iştirak edən 97 namizəddən 67-si   sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.

Müsahibə proqramı ilə aşağıdakı linklərə keçid etməklə   tanış ola bilərsiniz.

1. Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi

2. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə üzrə təşkilatçı vəzifəsi

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçirilib

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün muxtar respublikada ilk dəfə olaraq işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib.

Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi,  işə qəbul prosesinin  şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə  23 təhsil müəssisəsindən 25 vakant vəzifə çıxarılıb və  100-ə yaxın namizəd iştirak edib.

Ardını oxu...

Tədris–köməkçi heyət vəzifələri üzrə 39 nəfər işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsi  artıq yekunlaşıb.
Müsabiqəyə ümumtəhsil müəssisələrində vakant olan  təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə 126 vakant vəzifə çıxarılmışdı. Həmin vəzifələrə 604 namizəd sənəd vermiş, 2024-cü il dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlərdən 345-i  keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Ardını oxu...

Uşaq birliyi təşkilatının rəhbərləri üçün işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri elan olunub

15-23 yanvar tarixləri arasında keçiriən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi  üçün müsahibə mərhələsinin nəticələri elan olunub. Belə ki, müsahibə mərhələsində müsahibə balını toplayan və vəzifəyə uyğun hesab edilən namizədlərdən 1-i müvəqqəti, 9-u isə daimi işlə təmin olunub.
Qeyd edək ki, işə qəbul müsabiqəsinə  muxtar respublikanın ümumtəhsil məktəblərində vakant olan 10 Uşaq birliyi təşkilatı vəzifəsi  çıxarılmış, həmin vəzifələrə  228 namizəd sənəd vermiş, onlardan 158-i müsabiqənin  test mərhələsində  sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsahibə mərhələsinə buraxılmışdı.

Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi üçün müsahibə mərhələsinin nəticələrinin qrafiki

Ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə görüş keçirilib

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənlərini  tədris edən  hərbi rəhbərlərləri ilə  “2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermə, qəbul və qarşıda duran vəzifələr”lə bağlı görüş keçirilib.
Görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg