“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksi istifadəyə verilib

Sərhədlərin etibarlı mühafizəsi dövlət müstəqilliyinin əsas şərtlərindəndir. Bu gün muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə etmişdir. Dövlət qayğısı nəticəsində diviziyanın maddi-texniki bazası möhkəmləndirilib, bütün sərhəd zastavalarında şəxsi heyət üçün yüksək xidmət və məişət şəraiti yaradılıb.
Mayın 14-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb.

Ardını oxu...

Riyaziyyat, Biologiya, Fizika üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib

Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək. Qeyd edək ki, Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.fənlərindən öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 25 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Riyaziyyat, Biologiya, Fizika Mayın 14-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə  Riyaziyyat, Biologiya, Fizika üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.

Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı keçirilib

Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat və fizika fənlərinin hər biri üzrə 25, ingilis dili fənni üzrə 15, coğrafiya tarix, biologiya fənlərinin hər biri üzrə 5 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə  ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək. Şagirdlər liseydə VII sinifdə təhsil alacaqlar.      2022-2023-cü tədris ili üzrə Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı Mayın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib.

Ardını oxu...

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib

Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 sual olmaqla, ümumilikdə 70 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 180 dəqiqə vaxt verilib. Test formatında keçirilən imtahanda muxtar respublika üzrə  ən yüksək nəticə göstərən 60 şagird lise yə qəbul ediləcək. Şagirdlər liseydə V sinifdə təhsil alacaqlar. 2022-2023-cü tədris ili üzrə Naxçıvan Şəhər Qızlar Liseyinə qəbul imtahanı mayın 14-də   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinə 6 yeni elektrobus gətirilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada şəhərdaxili və rayonlararası nümunəvi sərnişindaşıma xidməti həyata keçirilir, müasir avtobuslar və elektrobuslar alınaraq xəttə buraxılır. Bu da vətəndaşların rahatlığına, eləcə də ekoloji təhlükəsizliyə xidmət edir.
Mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg