Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib

Mayın 7-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdəAzərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 40 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənlərindən öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək.

Ardını oxu...

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə ilk qəbul imtahanı keçirilib

Muxtar respublikada dövlətimiz tərəfindən  təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin müasir biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılır. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin    4 avqust 2020–ci il tarixli  Sərəncamı ilə  Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmışdı. Lisey   muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik  və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.  Hazırda Naxçıvan şəhərində yeni lisey üçün 4 mərtəbədən ibarət binanın inşası yekunlaşmaq üzrədir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Naxçıvan Dövlət Texniki Kollecinin komandası birinci yerin qalibi olub

Mayın 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin qala konserti və mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri rəqs nominasiyası üzrə “Qoçəri”  yallısı ilə çıxış edib. Münsiflər heyyətinin yekun qərarına əsasən  kollecin komandası birinci yerə layiq görülüb. Yekun konsertdə qaliblərə təşkilatçıların fəxri fərmanları  və hədiyyələr təqdim olunub.

Ardını oxu...

Ölkənin ən güclü ağır atleti olmaq istəyən qadın idmançımız

Tarixboyu yadelli işğalçılara və qəsbkarlara qarşı böyük müharibələrin iştirakçısı olmuş azərbaycanlılar döyüş idman növlərini daha çox sevirlər desək, yəqin ki, yanılmarıq. Hətta seyr etdiyimiz filmlərdə belə, xalqımızın qəhrəmanlıq tarixini əks etdirən döyüş səhnələri bizləri daha çox cəlb edir. Bu, xalqımızın nə qədər mübariz və cəsarətli, güclü bir tarixi kökə malik olduğunun göstəricisidir. Bu fonda, ələlxüsus, qadınlarımızın şücaətindən söz etməmək haqsızlıq olar. “Aslanın erkəyi, dişisi olmaz” deyimi baxdığımız filmlərdə seçilən kumirləri uşaqlığımızın qəhrəmanına çevirməklə yanaşı, həm də qızların idman klublarına, zallarına üz tutmasına səbəb olub. Təbii ki, bu da genofondumuzun nə qədər güclü olduğunu bir daha sübut edir. Bu gün portretini canlandırmağa çalışacağımız qəhrəmanın da uşaqlığı bu filmlərə baxmaqla keçib. Bəlkə də, elə həmin filmlər onun hansı gücə malik olduğunu ortaya çıxarıb. Söhbət muxtar respublikanın ilk qadın ağır atleti, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının üzvü Gülcahan Əliyevadan gedir

Ardını oxu...

Gənc müəllimlər arasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında “Oxunması zəruri olan kitabların  Siyahısı” na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə  Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg