V əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd və Şeyx Heydər başçılıq etmişdir. Onlar uğurlu yürüşlər ilə öz mövqelərini gücləndirmişdilər. Lakin hər ikisiAzərbaycanın hakim qüvvələri olan Ağqoyunlu və Şirvanşahlar tərəfindən məğlub edilib öldürülmüşdülər. Eyni aqibəti Şeyx Heydərin böyük oğlu Sultanəli də yaşamışdı. Bu hadisələrdən sonra Şeyx Heydərin digər oğlu, gələcəkdə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıracaq 13 yaşlı İsmayıl qızılbaşların başına keçdi. Gənc İsmayılın iki əsas məqsədi var idi. Bunlardan biri düşmənlər tərəfindən xaincəsinə öldürülmüş atasının, qardaşının və babasının qisasını almaq, ikincisi isə Səfəvilərin başında durduğu Ərdəbil şeyxliyini böyüdüb dövlətə çevirmək idi. Bunları həyata keçirmək üçün öncə İsmayıl ətrafına güclü ordu yığmalı idi.
Ardını oxu...
|
Ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, mədəniyyətin və incəsənətin inkişafında əldə edilən uğurların əsasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf və tərəqqi strategiyası dayanmışdır. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mədəni irsimizin qorunması, yeni muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, xalq yaradıcılığının inkişaf etdirilməsi, tarixi abidələrin mühafizəsi və bərpası, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi və yubileylərinin qeyd olunması sahəsində çoxsaylı fərman və sərəncamlar imzalanmışdır.
Ardını oxu... 
Muxtar respublikada yaşayan bütün uşaqlarlar kimi, sağlamlıq imkanları məhdud uşaqlar da hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən də mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda dünyagörüşünün formalaşması, eləcə də bu kateqoriyadan olan uşaqların müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüş, onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunmuşdur.
Ardını oxu... Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub. Debütdən sonra oynamaq şahmata yeni başlayanlar üçün çətin olur. Buna görə də şagirdlər üçün keçirilən interaktiv dərs “Debütdən sonra necə oynamaq lazımdır” mövzusuna həsr olunub.Beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən aparılan dərsdə şagirdlərə plan svə yaxşı sonluğa keçmək qaydaları izah olunub. Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilən seminar-treninqdə beynəlxalq dərəcəli hakim Emin Hacıyev müəllimləri maraqlandıran suallar ətrafında geniş izah verib, xüsusilə yarış keçirmək qaydaları haqqında söhbət aparıb.
Ardını oxu... 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl sinif müəllimlərinin, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyətinin, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində pedoqoji təcrübə keçən tələbələrin iştirakı ilə III sinif Azərbaycan Dili və Riyaziyyat dərsliklərinin müzakirəsi keçirilib. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası diqqətdə saxlanılır.
Ardını oxu... |
|