Naxçıvanda eksternat qaydasında aralıq imtahanı keçirilib

Dekabrın 23-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanı keçirilib.
İmtahan Naxçıvan şəhərində 16 nömrəli tam orta məktəbdə və muxtar respublikanın rayon mərkəzlərindəki tam orta məktəblərdə təşkil olunub. İmtahanda 750-dən artıq müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslər iştirak edib, onlara 6 fəndən suallar təqdim edilib və 1 saat vaxt ayrılıb.

Ardını oxu...

Naxçıvanda ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçirilib

Naxçıvan şəhərində dekabrın 21-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək, Naxçıvanda ilk dəfə təşkil olunan forumun işinə uğurlar arzulayıb. Fuad Nəcəfli bildirib ki, forumda Heydər Əliyevin təhsil sahəsindəki əvəzsiz xidmətləri bir daha təhlil olunsun, bu sahədə müəyyənləşdirdiyi vəzifələr prioritetləşdirilərək əsas fəaliyyət istiqaməti kimi götürülsün. Belə ki, Sovetlər Birliyi dövründə Ulu Öndərin rəhbərliyi ilə digər İttifaq respublikalarından fərqli olaraq Azərbaycanda təhsil milli maraqlara uyğunlaşdırılmış, hərbi təhsil sisteminin və milli kadr hazırlığının əsası qoyulmuşdur. Bununla yanaşı ötən əsrin 70-ci illərində Azərbaycanda gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq, ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək və kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında qərarların qəbul olunması ölkəmizdə orta məktəb şəbəkəsini genişləndirmiş, ümumtəhsil məktəblərinin sayı üç dəfədən çox artmış, əsaslı keyfiyyət dəyişikliyinə nail olunmuşdur.

Ardını oxu...

Tədris –köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi təşkil olunacaq

Muxtar respublikada ilk dəfə olaraq dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə imüsabiqə keçirilmişdir. Müsabiqədə sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.
Qeyd edək ki, müsahibə mərhələsinə iştirak hüququ qazanmış namizədlər üçün  25 dekabr 2023-cü il- 5 fevral 2024-cü il tarixləri arasında  Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində  müsahibə təşkil olunacaq.

Ardını oxu...

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 18-də Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Rəssamlar Birliyinin  birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  "İki dövlət - bir millət" adlı  tematik müsabiqənin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 70 şagird 75 rəsm əsəri ilə  qatılıb və münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.

Ardını oxu...

Tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin proqramı

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq  müsabiqə  keçirilmişdir. Müsabiqədə  sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.

Müsahibə proqramı haqqında məlumat

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg