Naxçıvanlı 20 şagird qızıl, 24 şagird isə gümüş nişanla təltif olundu

Azərbaycan Respublikasının  təhsil naziri Emin Əmrullayev  “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.
Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin  XI sinif məzunlarından 20 nəfər qızıl, 24 nəfər isə gümüş nişanla təltif olunub.

Qızıl nişanla təltif olunan şagirdlər:
1.Rəhimli Rəna Coşqun qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli tam
orta məktəb;
2.Əliyev Eyyub Əli oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta
məktəb;
3.Rüstəmova Fidan Rəşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli
tam orta məktəb;
4.Bəylərli Hafiz Səxavət oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam
orta məktəb;
5.Həsənova Kəmalə Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli
tam orta məktəb;
6. Həziyeva Reyhan Əli qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam
orta məktəb;
7. Əliyev Mikayıl Elnur oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam
orta məktəb;
8. Hüseynəliyeva Xavər İlham qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17
nömrəli tam orta məktəb;
9. Əliyeva Fidan Elşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam
orta məktəb;
10.Fərəcova İnci Əmmar qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi;
11. Əlizadə Laçın Qeysər qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi;
12. Aslanova Emilya Rəşad qızı – Naxçıvan MR Naxçıvan Qarnizon tam orta
məktəbi;
13. Babayeva Röya Əsəd qızı – Naxçıvan MR Babək rayonu Güznüt kənd tam
orta məktəbi;
14. İsmayılov İbrahim Zakir oğlu – Naxçıvan MR Ordubad şəhəri 1 nömrəli
tam orta məktəb;
15. Əlisoy Lamiyə Samir qızı – Naxçıvan MR Culfa şəhəri 3 nömrəli tam orta
məktəb;
16. Məmmədli Təhminə Oktay qızı – Naxçıvan MR Culfa rayonu Əlincə
kənd tam orta məktəbi;
17. Hüseynli Səriyyə Seymur qızı – Naxçıvan MR Sədərək rayonu Sədərək
kənd 2 nömrəli tam orta məktəb;
18. Məmmədli Əli Mayis oğlu – Naxçıvan MR Şahbuz rayonu Kükü kənd
tam orta məktəbi;
19. Bağırov Hüseyn Knyaz oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika-
riyaziyyat təmayüllü lisey;
20. Cəfərli Mikayıl Kamran oğlu – Naxçıvan MR Şərur rayonu Kürçülü
kənd tam orta məktəbi;

Gümüş nişanla təltif olunan şagirdlər
1.Hüseynova Aynur Şahin qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli
tam orta məktəb;
2.Zeynalova Şərəf Bəsrət qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli
tam orta məktəb;
3.Bağırova Aysel Etibar qızı – Naxçıvan MR Naxçıvan şəhəri 7 nömrəli tam
orta məktəb;
4.Mirzəzadə Yusif Emin oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli
tam orta məktəb;
5.Kəngərli Aydan Azər qızı – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli tam
orta məktəb;
6.Cabbarzadə Vüsal Müslüm oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11
nömrəli tam orta məktəb.
7.Mahmudlu Loğman Etibar oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11
nömrəli tam orta məktəb;
8.Əhmədli Elnar Rəşad oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 12 nömrəli
tam orta məktəb;
9.Əlizadə Əlirza Eldəniz oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli
tam orta məktəb;
10.Əzizova Nəsibə Akif qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli
tam orta məktəb;
11.Hacıyeva Laçın Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli
tam orta məktəb;
12. Niftəliyev Əli İlham oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli
tam orta məktəb;
13. Dadaşlı Aylin Şahin qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi;
14. Əsgərova Sərfinaz Murad qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 15. Əlizadə Məhəmməd Seymur oğlu – Naxçıvan MR Naxçıvan Qarnizon
tam orta məktəbi;
16. Qurbanov Elşən Etibar oğlu – Naxçıvan MR Babək rayonu Güznüt kənd
tam orta məktəbi;
17. Abdullayeva Fatimə İsgəndər qızı – Naxçıvan MR Babək rayonu Nehrəm
qəsəbə 1 nömrəli tam orta məktəb;
18. Həsənov Cilovxan İbrahim oğlu – Naxçıvan MR Babək rayonu Sirab
kənd tam orta məktəbi;
19. İbrahimli Aysu Müşviq qızı – Naxçıvan MR Culfa rayonu Əlincə kənd
tam orta məktəbi;
20. Əliyev Xəyal Xudayar oğlu – Naxçıvan MR Culfa rayonu Bənəniyar
kənd tam orta məktəbi;
21. Babayev Hüseyn Vəsayib oğlu – Naxçıvan MR Kəngərli rayonu
Təzəkənd kənd tam orta məktəbi;
22. Hüseynli Nəzrin Tural qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta
internat məktəbi;
23. Məmmədli Firuzə Rasim qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta
internat məktəbi;
24. Salahlı Əli Bayram oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika-riyaziyyat
təmayüllü lisey

“Naxçıvanın tarixi abidələri və müasir memarlıq tikililəri” mövzusunda rəsm müsabiqəsi keçirilib

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Yay Tədbirlər Planı”na uyğun olaraq Əcəmi seyrangahında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri və müasir memarlıq tikililəri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib.
Tədbiridə çıxış edənlər bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o  cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir. Bu günki müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın tarixi abidələrinin tanıdılması, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Həmçinin çıxış edənlər muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, müsabiqədə iştirak edən dərnək üzvlərinə uğurlar arzulamışdır.

Ardını oxu...

Ordubad Rayon Sabirkənd tam orta məktəbinin komandası 10-cu ümumrespublika "Gənc xilasedici və yanğınsöndürən" yarışının qalibi olub

25 iyun- 02 iyul 2023- cü il tarixlərində Qəbələ şəhərində "Heydər Əliyev İlinə" həsr olunmuş 10-cu ümümirespubilika "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda,  Culfa şəhər 3 nomrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib.
Builki yarışa    respublikanın müxtəlif bölgələrindən olan  şəhid övladları da   dəvət olunub.
Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən  yarışın yekun nəticələrinə  əsasən  Ordubad rayon Sabirkənd tam orta məktəbinin  komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası  II,   şəhid övladlarından ibarət "Gənc Mübarizlər"    komandası isə III yerə  layiq görülüb.

Ardını oxu...

“Sabahın tədqiqatçıları-2023” layihəsinə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2023” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.

Ardını oxu...

Məktəblilər arasında EDU Drone müsabiqəsi keçirilib

İyunun 9-da  Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə STEAM təhsili üzrə ilk dəfə olaraq məktəblilər arasında Edu Drone müsabiqəsi keçirilib.
Tədbirdə iştirak edən Naxçıvan  Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodu və bu istiqamət üzrə bugünədək keçirilən müsabiqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Qeyd olunub ki, STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir, gələcəyin mütəxəssisləri kimi yetişir və ölkənin inkişafına öz töhfələrini verirlər. Bildirilib ki, STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg