• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün629
mod_vvisit_counterDünən3921
mod_vvisit_counterBu həftə629
mod_vvisit_counterBu ay31416
mod_vvisit_counterÜmumi2643761

Tarix: 22 İyul, 2024

“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda III Respublika elmi-praktik konfransı keçirilib

Mayın 24-də Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə və Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunan “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda III Respublika elmi-praktik konfransı keçirilib.
Canlı və onlayn formatda paralel olaraq təşkil olunan konfransda respublikanın müəllim hazırlığı ilə məşğul olan bir sıra ali təhsil müəssiələrində çalışan, pedaqoji tədqiqat aparan alimlər, ümumi təhsilin təşkilatçıları, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri iştirak edib. Plenar iclası institutun rektoru Azad Novruzov açaraq, Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Yaşıl dünya naminə həmrəylik ili və bilavasitə noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a həsr olunan konfransın əhəmiyyətindən, ölkəmizdə və o cümlədən muxtar respublikada təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısından, müasir tələblərə cavab verən təhsil infrastrukturundan, aparılan təhsil islahatlarından danışıb. Qeyd edib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatların elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin əsas müddəalarının elmi-praktik şərhini vermək, islahatlarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdir. Rektor eyni zamanda bildirib ki, ümumi təhsildə innovasiyaların mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları, ümumi təhsilin aktual məsələləri ilə maraqlananları bir araya gətirmək də konfransın əsas məqsədlərindəndir. Qeyd olunub ki, dövlətimizin qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı, ali və orta ümumtəhsil müəssisələrinin birgə işirakı ilə təşkil olunan müxtəlif konfranslar, dəyirmi masalar və seminarlarda əməkdaşların təcrübə mübadiləsi bu çağırışlara operativ cavab vermək imkanı verir.
Azad Novruzov konfransın işinə və yeni əsr təhsil prioritetlərində, gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində bütün təhsil iştirakçılarına uğurlar, nailiyyətlər arzu edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Elxan Nəcəfli muxtar respublikanın 100 illiyinə həsr olunmuş tədbirlərdən və yaşıl dünya haqqında beynəlxalq həmrəylikdən, ümumi təhsilin dövlət standartları üzrə tələblərin muxtar respublikada uğurlu tətbiqindən, həmçinin konfransa təqdim olunan məqalələrin məzmunluluğundan danışıb. Təhsilverənlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında ümumi təhsilin dövlət standartlarının  ən vacib tələblərdən olduğunu diqqətə çatdıran təhsil naziri vurğulayıb ki, mütəmadi olaraq ümumtəhsil məktəblərinin müəllimləri Naxçıvan Müəllimlər İnstitunda keçirilən konfranslara cəlb olunur, təcrübə mübadiləsi apararaq ixtisasları üzrə dövrün tələblərinə uyğun qabaqcıl pedoqoji təcrübədən bəhrələnmək bacarığı əldə edirlər.  Bu da ümumi təhsil pilləsində tədrisin yüksəlməsinə, şagirdlərin bilik, bacarıq və vərdiş səviyyəsinin artmasına müsbət təsir göstərir.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, biologiya üzrə elmlər doktoru Rauf Sultanov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılov və Naxçıvan Müəllimlər İnstitutunun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini icra edən elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxış edərək bildiriblər ki, ali və ümumtəhsil məktəblərinin müəllimlərinin eyni auditoriyada olmaları, aparılan tədqiqatların təcrübə mübadiləsi etmələri və müəllimlərin gələcək rəqabətqabiliyyətli fəaliyyətlərində olduqca əhəmiyyətlidir. Natiqlər diqqətə çatdırıb ki, istər ali, istərsə də ümumtəhsil müəssələrin qarşısında duran vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsi bu gün hər birimiz üçün mühüm vəzifələrdən biridir.
Çıxış edənlər sonda konfransın işinə uğurlar arzulayıb, onlara tövsiyələrini bildirb, yeni yanaşmaları tətbiq etməyi bacaran pedaqoji kadrların təcrübələrinin artırılmasında belə konfransların və çap olunan konfrans materiallarının hazırkı və gələcəkdə fəaliyyət göstərəcək kadrlar üçün mühüm məna daşıdığını vurğulayıblar.
Plenar iclas başa çatdıqdan sonra, konfrans öz işini 8 paneldə davam etdirib. Konfransda 60-dan artığı orta ümumtəhsil məktəb müəllimlərinə aid olmaqla ümumilikdə 110-a yaxın məruzə dinlənilib, maraqlı müzakirələr keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransa təqdim edilən məruzələr və tezislər  “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi” mövzusunda III Respublika elmi-praktik konfransın materialları başlığı altında toplu şəklində nəşr edilərək, ictimaiyyətə əlçatan olacaqdır.








 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg