• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün714
mod_vvisit_counterDünən3921
mod_vvisit_counterBu həftə714
mod_vvisit_counterBu ay31501
mod_vvisit_counterÜmumi2643846

Tarix: 22 İyul, 2024

Səlahiyyətli nümayəndə ölkə və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-2024-cü tədris ilində Azərbaycan və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşüb.
Səlahiyyətli nümayəndə bu il şagirdlərin təhsildə və idman sahəsində daha yüksək nəticələr əldə etməsini fəxarət dolu hisslərlə vurğulayıb. Bildirib ki, dövlətimizin qarşıya qoyduğu əsas hədəflərdən biri uşaqların hərtərəfli inkişafını təmin etməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi önəm verir. Çünki təhsilli və dünyagörüşlü uşaqlar xalqımızın sağlam gələcəyidir. Hər bir cəmiyyətin inkişafını şərtləndirən əsas amil təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Azərbaycanda bunun üçün münbit şərait yaradılıb. Fuad Nəcəfli qeyd edib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasından 100 il ötür. Bu tarixi nailiyyət asan əldə edilməyib. Məhz SSRİ-nin hakimiyyəti altında olduğumuz illərdə məqsədli şəkildə milli maraqlara əsaslanan kadr potensialının formalaşmasının qarşısı alınırdı. Torpaqlarımızın bir hissəsi Ermənistana hədiyyə edilmiş və ya işğal olunmuşdu. Bunlara baxmayaraq, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışan Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə mühüm addımlar atılıb. Sevindirici haldır ki, xalqımız gələcəyə işıq saçan Liderin ideyaları ətrafında birləşdi, düzgün addım atmaq iqtidarında olan, müstəqilliyimizi daha da möhkəmləndirib inkişaf etdirəcək gənclər yetişdirdi.
Sonrakı illərdə hansı ki bu görüşün baş tutduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasında dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimizin inkişafı və müstəqilliyimizin qorunması naminə mühüm qərarlar qəbul edilib. Bu gün biz çox xoşbəxt xalqıq ki, Ulu Öndərimizin əmanəti olan müstəqil dövlətimiz var.
Səlahiyyətli nümayəndə bildirib ki, bu günün gəncliyinin qarşısında daha geniş imkanlar mövcuddur. Vətən müharibəsində qazandığımız parlaq qələbə regionda yeni reallıqlar yaradıb. Heç bir dövlət Azərbaycana qarşı qeyri-konstruktiv addım ata bilməz. Bu isə imkan verir ki, gələcəyimizi daha çox quruculuq və inkişaf istiqamətində quraq. Bu mənada, Naxçıvanda da görüləcək işlər çoxdur. Muxtar respublikada innovativ yeniliklər olacaq. Bu, təhsil sahəsində də özünü göstərəcək. Bütün bunlar bu günümüz və gələcəyimiz üçün peşəkar kadrların formalaşmasını zəruri edir. Bunun üçün gənclərimiz yaxşı təhsil almalı, pis vərdişlərdən uzaq olmaqla sağlam böyüməli və innovativ yeniliklərə əsaslanan hərtərəfli biliyə malik olmalıdır.
Naxçıvanda tarixboyu yaxşı təhsil ənənələrinin formalaşdığını deyən Fuad Nəcəfli qeyd edib ki, bu uğurlu estafet davam edir. Builki nəticələr də olduqca sevindiricidir. Təhsildə və digər istiqamətlərdə yüksək nəticə göstərən şagirdlərdən bir neçəsinin adını çəkən səlahiyyətli nümayəndə bu nailiyyətlərə görə təbriklərini çatdırıb, gənclərlə fəxr etdiyini bildirib, hər birinə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, 2023-2024-cü tədris ilində Naxçıvanın ümumtəhsil məktəblərində təhsil alan bir çox şagird həm Azərbaycan, həm də beynəlxalq səviyyəli müsabiqə və yarışlarda fəal iştirak edib, yüksək nəticələr göstəriblər. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında muxtar respublika üzrə 9 şagird maksimum nəticə göstərib. Son 5 ildə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr əldə edilib. Bu göstəricilərə görə, muxtar respublika məktəbləri ölkə üzrə ikinci yerdə qərarlaşıb. Cari tədris ilində muxtar respublikada olimpiada və müsabiqə hərəkatı gücləndirilib.
Şagirdlər Respublika Fənn Olimpiadasında və beynəlxalq müsabiqələrdə uğurlu nəticələr əldə ediblər. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də şagirdlərimizin fəallığı müşahidə olunub, Naxçıvan təmsilçiləri birinci, ikinci və üçüncü yerlərin sahibi olublar. Təhsil sahəsində olduğu kimi, idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda da muxtar respublika şagirdləri fəal iştirak edib, bir sıra ölkə və beynəlxalq səviyyəli mübarizələrdə uğurlu nəticələr qazanıblar.
“Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turnirində Naxçıvan gimnastları birinci və üçüncü yerlərə layiq görülüblər.
Səlahiyyətli nümayəndə görüşdə iştirak edən şagirdlərlə səmimi söhbət edib, fikir və təkliflərini dinləyib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər biri ilə foto çəkdirib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Fidan Babayeva, buraxılış və ali məktəblərə qəbul imtahanlarında maksimum və ən yüksək nəticə göstərmiş, fənn olimpiadalarının qalibi olmuş şagirdlərdən Kənan İsmayıllı, Leyla Nağıyeva, Yaqub Rzayev, “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turnirinin qalibi olmuş gimnastlardan Damla İsgəndərli, Nilufər Kərimli, Dəniz Əliyeva, Zeynəb Fərəcova, Mədinə Novruzlu və digərləri səmimi və motivasiyaedici görüşün təşkilinə görə minnətdarlıq edib, səmimi qəbulu onlar üçün gələcəkdə daha böyük uğurlara aparacaq stimul kimi qiymətləndiriblər. Şagirdlər söz veriblər ki, bundan sonra da təhsildə, olimpiada və idman yarışlarında, müsabiqələrdə fəallıq göstərəcək, muxtar respublikanı layiqincə təmsil edəcəklər.
Balaca gimnastlardan İlay Sangur uğur əldə etmələrində əməyi olan məşqçilərinə təşəkkür edib, xoreoqrafiya imkanlarının olmadığını bildirib, bu imkanın yaradılmasını xahiş edib.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şagirdlərin təkliflərini dəyərləndirərək qısa zamanda xoreoqrafiya imkanlarının yaradılacağını bildirib.
Görüşdə iştirak edən şagirdlərə diplom və hədiyyələr təqdim olunub, onlarla xatirə fotosu çəkdirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg