• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün295
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8575
mod_vvisit_counterBu ay22343
mod_vvisit_counterÜmumi2539159

Tarix: 19 May, 2024

Balacaların əl işlərinin sərgi-müsabiqəsi təşkil olunub

Ustad dərslərində iştirak edən şagirdlərin, həmçinin yaradıcı uşaqların rəsm və əl işlərindən ibarət “Balaca İstedadlar” adlı sərgi-müsabiqə təşkil olunub.

Sərgi-müsabiqədə muxtar respublikada fəaliyyət göstərən 17 müəssisədən 95 uşağın 200-ə yaxın əl işi sərgilənib.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bu ilin yanvar ayından məktəblərdə və mərkəzlərdə tədris olunan ustad dərslərin balaca rəssamların yaradıcılığına təsiri və bu sənətə marağından danışıblar. Qeyd edilib ki, məktəbdənkənar dərnəklər və belə ustad dərsləri uşaqlarda dünyagörüşü formalaşdırır, onların gələcəkdə nümunəvi və yaradıcı insan kimi yetişməsində mühüm rol oynayır.

Sonra həvəskar rəssamlar tərəfindən çəkilən rəsm əsərləri qiymətləndirilib və müsabiqənin qaliblərinə, həmçinin muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına  təşkilatçılar tərəfindən diplomlar təqdim olunub. Eyni zamanda paytaxt Bakı şəhərində uşaqlar arasında keçirilən “Mənim yay tətilim” müsabiqəsində yer tutanlar da diplomla təltif olunublar.

Müsabiqənin yekunlarına əsasən 11 şagird birinci, 8 şagird ikinci, 10 şagird üçüncü olublar. 5 şagird isə həvəsləndirici yerlərə  layiq görülüblər.

Sonda müsabiqə iştirakçıları sərgi ilə tanış olublar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg