• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün261
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13124
mod_vvisit_counterBu ay45456
mod_vvisit_counterÜmumi2512721

Tarix: 28 Apr., 2024

“Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə fevralın 10-da ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi  keçirilmişdir.

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasında dram əsərlərinin səhnələşdirilməsinin mühüm əhəmiyyəti vardır.

Mütəxəssislər qeyd edir ki, məktəbyaşlı uşaqların göz yaddaşı daha güclü olur. Gördükləri nə varsa birbaşa şüuraltına təsir edir və uşaqların psixoloji və pedaqoji inkişafında mühüm rol oynayır. Məktəbdə keçirilən tədbirlər, obrazlı təsvirlər uşaqlarda nitq inkişafı ilə yanaşı özünə güvən hissini də möhkəmləndirir, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində mühüm rol oynayır. Şagirdlər tərəfindən dram əsərlərindən parçaların səhnələşdirilməsi onların həmin əsərləri sadəcə oxuyub tanış olmaları deyil, hətta bunun canlı iştirakçısına çevrilməklə mövzunu fəal şəkildə mənimsəmələrinə və onların ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına şərait yaradır, xüsusən də istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.

Dram müsabiqəsinin şəhər (rayon) mərhələsi 16-28 dekabr tarixləri arasında ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Müsabiqənin       I yerlərinin qalibləri muxtar respublika mərhələsində iştirak etmək hüququ əldə etmişlər. Dram kollektivləri tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyimlər və aksesuarlardan istifadə edərək müraciət etdikləri əsərlərin mahiyyətini və ideyasını əsas göstərməklə 5-15 dəqiqə ərzində dram əsərlərindən parça, dialoq və kompozisiyaları canlı ifa etmişlər.

Məktəblilər Cəlil Məmmədquluzadə, İ.Əfəndiyev, S.Vurğun, Şah İsmayıl Xətai, Məhəmməd Tağı Sidqi və Moris Meterlink yaradıcılığından nümunələr təqdim edərək oxunması zəruri olan kitablara daha çox üstünlük vermişlər. Təqdim olunan hər bir hissədə yüksək insani keyfiyyətlər, milli-mənəvi dəyərlər daha çox ön plana çəkilir.

Qeyd edək ki, müsabiqədə I, II və III yerlərin qalibləri fevralın 14-də keçiriləcək“ Məktəblilərin darm müsabiqəsi”nin yekun tədbirində mükafatlandırılacaqdır.

Belə müsabiqələrin keçirilməsi məktəblilərin gələcək peşə seçimində dəböyük rol oynayır. Onlar yaradılan şəraitdən istifadə edərək öz maraq dairələrini düzgün istiqamətləndirirlər. Bu isə gənc istedadların öz seçimlərində uğurlu addım atmalarına stimul verir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg