• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün260
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə677
mod_vvisit_counterBu ay45872
mod_vvisit_counterÜmumi2513137

Tarix: 29 Apr., 2024

Xalqın sevgisi RƏHBƏRİN qələbəsidir

Bəzi yazılar vardır ki, sadəcə duyğu ilə yazılır. Həmin yazılarda rəqəmlərə, statistikaya, sözçülüyə gərək yoxdur. Çünki yazının mövzusu hər bir insanın yaşadığı real həyatın lap özü olur. Kiməsə nəyisə göstərməyə, sadalamağa ehtiyac yoxdur. Sadəcə xatırlatmaq kifayətdir. 9 fevral Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə növbəti seçkilər günü kimi tarixə çevrildi. Bu tarix bir çox cəhətləri ilə yaddaşlara həkk olundu. Birincisi xalqımız növbəti dəfə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli lider Heydər Əliyev siyasi xəttinin ətrafında birləşdi. Bu xəttin müstəqil Azərbaycana bəxş etdiyi SABİTLİYƏ, İNKİŞAFA və RİFAHA səs verdi.

İkincisi Azərbaycan qaynayan dünya nizamında növbəti XALQ-DÖVLƏT-LİDER birliyinin nümunəsini yaratdı. Seçkilər demokratik, şəffaf, sakit və həmrəylik şəraitində keçdi. Məkirli əllər, mənfur niyyətlər xalqın etimadı qarşısında aciz qaldı, məğlub oldu. Naxçıvan Muxtar Respublikasında ictimai asayişin pozulmasına dair və ya seçkilərin keçirilməsinə xələl gətirən hər hansı müraciət qeydə alınmadı.

Üçüncüsü Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında seçici fəallığı təsdiq etdi ki, insanlara REAL İŞ və NƏTİCƏ lazımdır. Artıq boş vədlərin, xəyallar karvanının nə vaxtı, nə də yeridir.

Dördüncüsü və ən əsası fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər müəyyənləşib. 1 saylı Şərur-Sədərək seçki dairəsindən namizəd Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkə üzrə ən yüksək - 94,6 faiz səs toplayıb.

Müdriklər deyir ki, rəhbərin ən böyük qələbəsi xalqın etimadı, inamı və sevgisidir. Bu gün sosial şəbəkələrdə, internet saytlarında Ali Məclis Sədrinə təbriklərin yazılması, seçicilərin, bütün muxtar respublika əhalisinin, ölkə vətəndaşlarının, hətta qonşu ölkələrin jurnalistlərinin öz sevinclərini, qürurlarını bölüşməsi təsdiq etdi ki,  RƏHBƏRİN ən böyük qələbəsi XALQIN SEVGİSİDİR. Bir də bu sevginin əsasında dayanan REAL İŞ, ƏMƏL və NƏTİCƏDİR....

Ülvi Hüseynli

Jurnalist


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg