• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün418
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13281
mod_vvisit_counterBu ay45613
mod_vvisit_counterÜmumi2512878

Tarix: 28 Apr., 2024

“Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilib


11 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasının və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha dərindən öyrədilməsi, ümumtəhsil məktəblərində təhsil alan istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması  və onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir.

Tədbiri giriş sözü ilə açan  Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru  Hökümə Məmmədli qeyd edib ki, dövlətimiz tərəfindən rəssamlıq sənətinə və gənc rəssamlara  xüsusi diqqət və qayğı  göstərilir, istedadlı uşaqların aşkara çıxarılması, onların yaradıcılıq təxəyyüllərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işlər davam etdirilir.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin VI-XI  siniflərindən 32  şagirdin iştirakı təmin edilib. Müsabiqədə şagirdlərin işlədikləri rəsmlər maraqla qarşılanıb.  Yurdumuzun tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb. Müsabiqənin sonunda iştirakçılardan Şahtaxtı kənd tam orta məktəbin şagirdi Həsənov Adəm I, Qarabağlar kənd 1№-li tam orta məktəbin  şagirdləri Süleymanova Fatimə və Əliyeva Şəfəq II, Qabıllı kənd tam orta məktəbin şagirdi Rzayeva Nazmiyyə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Cəfərova Zəmanə III, Qarabağlar kənd 1№-li tam orta məktəbin  şagirdi Həmzəzadə Barış, Yurdçu kənd tam orta məktəbin şagirdi Mehdiyeva Gültac, Qıvraq qəsəbə tam orta məktəbin şagirdləri Qəhrəmanova Meyxanım, Məmmədova Günay və Niftəliyev Məftun həvəsləndirici yerə layiq görülüb. Sonda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg