Fevralın 10-da Babək rayon Qəsəbə 2 nömrəli tam orta məktəbdə Qəsəbə 1 və Qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdləri arasında şagirdlərin biliyini inkişaf etdirmək, şagirdlərin güclü və zəif tərəflərini müəyyən etmək məqsədilə tarix və ingilis dili fənni üzrə viktorina keçirilmişdir. Viktorinada hər fənn üzrə 20 sual şagirdlərə təqdim edilmişdir. Viktorinada 4 komandadan ibarət olmaqla 20 şagird iştirak etmişdir. I yerə Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Xəzər” komandası, II yerə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Sülh” komandası, III yerə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin “Zəka” komandası, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin “Zirvə” komandası isə həvəsləndirici yerə layiq görülmüşdür.
Sonda qaliblər Babək Rayon Təhsil Şöbəsinin diplomları ilə təltif edilmişdir.