• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1700
mod_vvisit_counterDünən417
mod_vvisit_counterBu həftə1700
mod_vvisit_counterBu ay47312
mod_vvisit_counterÜmumi2514577

Tarix: 29 Apr., 2024

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində açıq dərslərin keçirilməsinə start verildi

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən təsdiq olunmuş qrafik əsasında şəhər ümumtəhsil məktəblərində ayda 2 dəfə olmaqla açıq dərslər keçiriləcək. Dərslərin keçirilməsində məqsəd müəllimlərə metodiki köməklik göstərmək, dərsin mərhələlərinin icrası zamanı yaranmış hər hansı bir çətinliyin aradan qaldırılması üçün  istiqamət verməkdir.

Həmin qrafikə uyğun olaraq, 19 fevral 2020-ci il tarixdə Təhsil Şöbəsinin metodisti Rzayeva Natella 8 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri üçün Biologiya fənnindən “Vitaminlər” mövzusunda  açıq dərs keçmişdir. Dərs proqram əsasında və dərs cədvəli üzrə  elektron lövhəli sinif otağında təşkil olunmuşdur.

Naxçıvan şəhər 4, 7, 8, 11 nömrəli məktəbin 10 nəfər fənn müəllimi tərəfindən izlənilən dərs zamanı kollektiv, qruplarla, fərdi iş formalarından, beyin həmləsi, müzakirə, anlayışın çıxarılması təlim üsullarından istifadə olunmuşdur. Dərsin məqsədi məzmun standartlarına uyğun seçilmişdir. Motivasiya dərslikdəki  mətn əsasında formalaşdırılmış, şagirdlərə yönləndirici suallar verilmiş, şagirdlər dərsə cəlb olunmuşdur. Dərs    “ Sağlamlığın qorunması baxımından sağlam qidalanma qaydaları necə olmalıdır?” tədqiqat sualı əsasında qurulmuşdur. Əvvəlcə vitaminlər haqqında qısa məlumat verilmiş, sonra vitaminlərin adları fizika, riyaziyyat, kimya fənlərinə inteqrasiya edilərək şagirdlər tərəfindən müəyyən edilmişdir. Tədqiqatın aparılması mərhələsində vitaminlərin faydası, sutkalıq normaları izah olunmuşdur. Vitaminlərin adlarına uyğun olaraq hər bir qrup əyani şəkildə vitaminlə zəngin olan qida məhsullarını sadalayaraq, digər şagirdlərin nəzərinə çatdırmışlar. Sonra məsələ və testlərdən ibarət işçi vərəqləri  paylanmış, qruplar tapşırıqları müvəfəqqiyyətlə yerinə yetirmişlər. Qruplar bir-birini təyin edilmiş meyarlar əsasında qiymətləndirmişlər. Fəndaxili inteqrasiya əsasında keçirilmiş mövzuları əhatə edərək hazırlanan krossvord şagirdlər tərəfindən doldurulmuşdur. Fəal təlimin mərhələləri ardıcıllıqla yerinə yetirilmişdir. Sonda şagirdlərin qiymətləndirilməsi aparılmış,  “Avitaminioz xəstəlikdir, yoxsa nə?” mövzusunda araşdırmanın aparılması ev tapşırığı kimi verilmişdir.

 

Belə açıq dərslərin keçirilməsi növbəti aylarda da davam etdiriləcəkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg