• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2778
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə7420
mod_vvisit_counterBu ay3481
mod_vvisit_counterÜmumi2520297

Tarix: 02 May, 2024

“Naxçıvan” Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib


“Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə tələbələrinin 2019-2020-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı olub.

Konfransı universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq pedaqoji təcrübənin ali və orta təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına müsbət təsirindən, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən danışıb.

Rektor təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, tələbələr və təcrübə rəhbərləri pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmalı və bu dövrü yüksək göstəricilərlə başa vurmağa çalışmalıdırlar.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 30 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Onlardan 8-i “Naxçıvan” Universitetindədir. Universitetdə yaradılan müasir təhsil və yüksək sosial məişət-şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 243-ü ixtisas seçimi zamanı bu təhsil ocağını seçib. Həmin 243 abituriyentdən 116-sı pedaqoji profilli ixtisaslarda təhsil alır. Bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələrdə “Naxçıvan” Universitetinin 30 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub.

Rəhman Məmmədov bildirib ki, fevralın 18-dən aprelin 6-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 11, 15 nömrəli və Babək rayon Kərimbəyli kənd tam orta məktəblərində 141 tələbə pedaqoji təcrübədə olacaqdır. Nazirlik tərəfindən onların yüksək səviyyədə praktiki iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, təcrübə dövründə tələbələrin təcrübə keçdikləri məktəblərdə açıq dərslər təşkil olunacaq. Nazir məktəblərdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlərlə bağlı məktəb direktorlarına aidiyyəti üzrə tapşırıqlar verib.

Daha sonra “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərlinin “Pedaqoji ixtisaslar üzrə təcrübənin xüsusiyyətləri” və Pedaqogika və psixologiya kafedrasının müəllimi Aytən Məmmədovanın “Təcrübə zamanı pedaqoji və psixoloji işlər” mövzularında çıxışları dinlənilib.

Sonda “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg