• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün847
mod_vvisit_counterDünən1100
mod_vvisit_counterBu həftə9536
mod_vvisit_counterBu ay5597
mod_vvisit_counterÜmumi2522413

Tarix: 04 May, 2024

21 Fevral Beynəlxalq “Ana Dili” Günü

Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa rayon 2 nömrəli tam orta məktəbində 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana Dili Xalqımızın Qürur Mənbəyidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Giriş sözü Culfa şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov açaraq bildirmişdir ki, dil hər bir millətin maddi və mədəni irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər  bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Hər bir xalqın kökü ana dilindən başlanır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən demişdir: “Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək, olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır”.

Çıxışı davam etdirən məktəbin direktoru Səyyarə Ağayeva qeyd etdi ki, milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Yusifova vurğulamışdır ki, tarix sübut etmişdir ki, hər bir xalqı yaşadan onun milli dəyərləri, dili, adət-ənənələri, mədəniyyətidir. Xalqın milli dəyərlərini qorumaq onun gələcəyini qorumaq deməkdir.

Tədbirdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri Nazim Ağayev və Gülsadə İbrahimli iştirak edərək, bildirmişlər ki, iyirminci yüzilliyin son otuz ilində və iyirmi birinci əsrin ilk illərində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözlə deyil, müxtəlif sahələrdə də zənginləşərək nüfuz qazanması da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirin sonunda məktəbin şagirdləri “Ana Dili” haqqında şeirlər qiraət etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg