Liseyə qəbulun nəticəsi elan olundu
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanının nəticələri açıqlanıb.
İyunun 12-də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili, riyaziyyat, fizika, ingilis dili, coğrafiya, tarix və biologiya fənləri üzrə ümumilikdə 100 sual təqdim edilmişdir.
Qeyd edək ki, bu liseydə təhsil alanlar üçün fərqli proqram tətbiq olunur, təcrübəli pedaqoji kollektivə malik lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin edir, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılır. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və yataqxana ilə təmin olunurlar.
Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin instaqram səhifəsindən və liseydən öyrənmək mümkündür.
Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanın NƏTİCƏLƏRİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulub.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün müraciət edən şagirdlərin sayı hər il artmaqdadır.
Naxçıvan şəhər və Babək rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında orta ixtisas təhsilinə marağın artırılması məqsədilə Naxçıvan Dövlət Texniki Kollecində 11 iyun 2021-ci il tarixdə “Açıq qapı” günü təşkil olunmuşdur.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Sədərək, Naxçıvan, Şərur və Kəngərli rayon, şəhər Təhsil Şöbələrinin və Uşaq Gənclər İdman məktəblərinin birgə təşkilatçılığı ilə "15 iyun Milli Qurtuluş Günü" nə həsr olunmuş ümumtəhsil məktəblərinin voleybol İdman klublarının qız idmançıları arasında Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon açıq birinciliyi keçirilib.