26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla ümumilikdə 50 idmançı qələbə uğrunda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış əlamətdar günün idmançılar arasında qeyd edilməsi, atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyən edilərək yığma komandaya cəlbi məqsədilə keçirilib.
Culfa Rayon Təhsil Şöbəsində məktəb direktorlarının iştirakı ilə IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və ali məktəblərə hazırlığın vəziyyəti müzakirə edilmişdir.
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində uşaqların, gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaqla yanaşı, inkişaf etdirmək üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Mərkəzin əməkdaşları ümumtəhsil müəssisələrində olur, uşaqlar üçün dərnəkləri bilavasitə özündə əks etdirən tanıtım videoları nümayiş etdirir və onlarla söhbətlər aparırlar. Bununla yanaşı, sosial şəbəkədə mərkəzin “yaradıcılıq.merkezi” “Instagram” səhifəsi də fəaliyyət göstərir ki, bu da uşaqların mərkəz haqqında geniş məlumat toplamalarına imkan yaradır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir.
Naxçıvan Qızlar Liseyinə qəbul imtahanının nəticələri açıqlanıb.