Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.
1 iyul 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 20 idmançı iştirak edib. Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullamışlar.
Ordubad Rayon Təhsil Şöbəsində rayonun ümümtəhsil məktəblərini bitirən abituriyentlər üçün "Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib. Seminarda məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir. Tədbiri giriş sözü ilə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov açdı, təhsilin önəmindən, imtahan məsuliyyətindən, məsuliyyətin doğurduğu həyacan və onun təsirlərindən danışdı, şagirdlərə qarşıdakı imtahanlarda uğurlar arzuladı.
2020-2021-ci tədris ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq, Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib.
İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub.