
İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.
1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
STEAM təhsili üzrə şagirdlərdə zəruri bilik və bacarıqların möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə Ağbulaq istirahət mərkəzində keçirilən “Yay məktəbi” şagirdlərin dünyagörüşünün və intellektual səviyyələrinin düzgün istiqamətləndirilməsi, biliyinin zənginləşdirilməsi ilə yanaşı, onların şəxsiyyət kimi formalaşması, fiziki, psixoloji, idraki və sosial inkişafı, potensial imkanlarının üzə çıxarılması, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşması və asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından da əhəmiyyətlidir.
Muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
