Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin məzunları arasında peşə təhsilinə marağın artırılması məqsədilə, Şərur Texniki Peşə və Sürücülük Məktəbində 16 iyun 2021-ci il tarixlərdə “Açıq qapı” günləri təşkil olunmuşdur.
Tədbirin keçirilməsində məqsəd şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarət olmuşdur.
Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan “Açıq qapı” gününə bu dəfə Naxçıvan şəhəri ilə yanaşı Şərur rayon ümumi təhsil məktəblərinin IX sinfini bitirmiş məzunlar cəlb olunmuşlar.
Bakı şəhərində atletika üzrə keçirilən Azərbaycan çempionatının qalibləri, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları Əmrah Nağıyev və Miryusif Seyidovla görüş keçirilib.
iyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.
16 iyun 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “26 iyun-Silahlı Qüvvələr günü” münasibətilə 2005-2008-ci il təvəllüdlü oğlan atletlər arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkil etdiyi birincilikdə 30 idmançı iştirak edib. 