• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1537
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5873
mod_vvisit_counterBu ay34251
mod_vvisit_counterÜmumi2464740

Tarix: 29 Mart, 2024

Məktəblilərin STEAM üzrə “Robotunu yarat” müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında STEAM üzrə “Robotunu yarat” müsabiqəsi  keçirilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Bir mərhələdə təşkil edilən müsabiqədə şəhər və  rayon məktəblərinin VI-XI sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Sərəncamın icrası ilə bağlı 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, hazırda da əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər görülür.

Vurğulanmışdır ki, “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq muxtar respublikada hər il “STEAM təhsil festivalı” keçiriləcəkdir. Festivala hazırlıq məqsədilə Təhsil Nazirliyi tərəfindən məktəblilər arasında STEAM və Robotexnika üzrə müsabiqələr keçirilmiş, müxtəlif tədbirlər təşkil olunmuşdur. Belə ki, bugünədək məktəblilər arasında 200-ə yaxın şagirdin iştirakı ilə “Xətt izləyən robot” və “Robotunu yarat” müsabiqələri, 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modellərinin  nümayiş  olunduğu “Texno sərgi”  keçirilib, 60 şagird üçün “STEAM Yay Məktəbi” təşkil olunmuşdur.Görülən işlərin davamı olaraq bu gün də 68 şagirdin iştirakı ilə STEAM üzrə “Robotunu yarat” müsabiqəsi keçirilir.

Nazir qeyd etmişdir ki, STEAM və Robotexnika üzrə keçirilən müsabiqələrin əsas hədəfitexnologiya yarışmalarında STEAM layihələrinin yerinə yetirilməsi bacarığı ilə seçilən istedadlı şagirdləri aşkar etmək, onların öz layihələri ilə “STEAM təhsil festivalı”nda iştirakına zəmin yaratmaq, eyni zamanda onların robot layihələri üzrə keçirilən ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlamaqdır. Nazir şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev müsabiqənin təşkili ilə bağlı məlumat vermişdir.

Sonra təhsil naziri şagirdlər tərəfindən müsabiqəyə hazırlanan layihələrlə tanış olub. Şagirdlər müxtəlif ideyalarla hazırladıqları robot layihələrini “Xətt izləyən robot”, “Manedən qaçan robot”, “Təhlükəsiz yol sistemi”, “Su və təzyiqlə işləyən qurğu”, “Təbii fəlakəti bildirən qurğu”, “Mexaniki sayğac sistemi”, “Robotik əl”, “Əl jesti ilə idarə olunan robot”, “Topu izləyən robot”, “Bitki monitorinq sistemi”, “Yanğınsöndürən robot” və s. böyük həvəslə təqdim ediblər.

Sonda müsabiqədə hazırlanan layihələrin qiymətləndirilməsi aparılmış, dizayn, robotların işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən layihələr qalib elan olunub. Müsabiqənin qalib komandaları diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg