Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, Azərbaycanda təhsilə qayğının əsası ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş, gənclərin təhsil alması üçün hərtərəfli şərait yaradılmışdır. Ulu Öndər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafı qayğısına qalmışdır. Bu gün dahi şəxsiyyətin təhsil strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada müasir təhsil şəbəkəsi formalaşdırılmışdır.

Ardını oxu...

Elektron dərslik portalında 39 dərslik yenilənib

 

Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az dərslik portalına yerləşdirilməsi prosesi davam etdirilir.

Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Ardını oxu...

“Sabahın müəllimi” layihəsi icra olunur

Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə biologiya, tarix və ingilis dili ixtisası üzrə təcrübədə  olan tələbələrin dərsləri dinlənilib, onlara metodiki  köməklik göstərilib.  Dərs prosesinin mərhələli təşkili tələbələrə izah edilib.

Sonra  açıq dərslərin yekun müzakirəsi olub. Tələbələrin məktəbdaxili fəaliyyətləri təhlil olunub, onlara müvafiq  istiqamətlər verilib.

Ardını oxu...

Culfa Rayon ümumtəhsil məktəblərinin komandaları arasında Şahmat birinciliyi keçirilmişdir

22-24 oktyabr 2019-cu il tarixdə Culfa rayon Şahmat məktəbində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr edilmiş Culfa Rayon tam orta məktəblərinin komandaları arasında Şahmat birinciliyi keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi və Culfa Rayon Təhsil Şöbəsi tərəfindən keçirilmişdir.

Yarışın yekun nəticəsinə əsasən Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası I yerə, Culfa şəhər 1nömrəli tam orta məktəbin komandası II yerə, Saltaq kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.

Qalib komandalar və öz taxtasında I yer tutan şahmatçılar təşkilatçılar tərəfindən diplom ilə təltif olunmuşdur.

Ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə yarış keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq muxtar respublikanın təhsil müəssisələrində idmanın inkişafının təmin edilməsi ilə bağlı tədbirlər planına əsasən Sədərək rayonunda Təhsil şöbəsi, Uşaq gənclər İdman məktəbinin birgə təşkilatçılıqı ilə  ümumtəhsil məktəbliləri arasında mini futbol üzrə yarış keçirilmişdir.

Yarışın sonunda 1-ci yerə Uşaq Gəncər İdman məktəbinin komadası, 2-ci yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbinin komandası və 3-cü yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbinin komandası layiq görülmüşlər. Qalib komandalar təşkilatçıların fəxri fərman və diplomları ilə təltif olunmuşlar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg