9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə Kəngərli rayon ümumtəhsil məktəblərinin 12 yaşadək şahmatçıları arasında şahmat yarışı keçirilib

07 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin 12 yaşadək şahmatçıları arasında “9 Noyabr-Dövlət Bayrağı Günü”nə həsr olunmuş şahmat yarışı keçirilib. Yarış başlamazdan əvvəl Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı çıxış edərək bildirib ki, ən müqəddəs rəmzlərdən olan bayraq dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.

Ardını oxu...

Təhsil Nazirliyi “2016-2020-ci illər Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasını diqqətdə saxlayır

Bu gün muxtar respublikada yaradılan şərait, iqtisadiyyatın ildən-ilə gücləndirilməsi, tikinti və xidmət sahələrinin genişləndirilməsi, eləcə də sənayenin sürətlə inkişafı peşə təhsilini günün tələbinə çevirmiş, peşə ixtisaslı kadrların yetişdirilməsi işi əsas istiqamət olaraq seçilmişdir. Muxtar respublikada peşə təhsilinin inkişafına diqqət daha da artırılmış, yeni məktəb binaları tikilmiş və ya yenidən qurularaq mühəndis-pedaqoji heyətin və müdavimlərin istifadəsinə verilmişdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində peşə təhsili sisteminin müasir tələblər səviyyəsində yenidən qurularaq inkişaf etdirilməsi, bir sıra dövlət proqramlarının qəbul edilməsi və icrasının uğurla həyata keçirilməsi, bu sahədə çevik idarəetmənin təmin olunmasına şərait yaratmış, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına nail olunmuşdur.

Ardını oxu...

“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

04 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “9 Noyabr-Dövlət Bayrağı Günü” ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcılıq potensialını inkişaf etdirmək, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərini aşılamaqdan ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün MÜSABİQƏ ELANI

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər 6 noyabr - 6 dekabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.  Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər.

Ardını oxu...

Şagirdlər “Büdcəmizi anlayaq” layihəsində iştirak ediblər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə keçirilib.

60-dan çox məktəblinin iştirak etdiyi tədbirdə iştirakçılara təlimin mahiyyəti və aktuallığı barədə məlumat verilib, interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg