
13 noyabr 2019-cu il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdləri arasında 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağım kimliyimdir” mövzusunda şeir müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında suverenliyimizin rəmzi olan dövlət bayrağı haqqında biliklərin aşılanması, şagirdlərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Azərbaycan cəmiyyəti də elm və təhsilə qovuşaraq müasir səviyyəyə gəlib çıxmışdır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqa müraciətində təhsil sahəsində görülən işləri “çox əhəmiyyətli iş” kimi dəyərləndirərək demişdir: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını da, həyat tərzini də, xarici görünüşünü də dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”.
12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Tunc dövründə ” mövzusunda interaktiv dərs təşkil olunub. İnteraktiv dərsi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov aparıb. 