18 oktyabr 2019-cu il tarixdə Şəhər və Rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin Təhsilin idarəolunmasının məlumat sistemi üzrə əlaqələndiricilərinə seminar keçirmişdir.
Seminarda Nazirliyin sektor müdiri Məmməd Bayramov çıxış edərək Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verərək vurğulamışdır ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramı tətbiq olunur.