• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün655
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9918
mod_vvisit_counterBu ay42250
mod_vvisit_counterÜmumi2509515

Tarix: 26 Apr., 2024

Gənc nəslə tariximizin aşılanmasında yeni bir addım

Son 25 ilə yaxın müddətdə Naxçıvan Muxtar Respublikasında tariximizin tədqiqi, təbliği və gənc nəslə öyrədilməsisahəsində genişmiqyaslı işlər görülür. Bu səbəbdən yeniyetmə və gənclərə tariximizin orta məktəb dövründən öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətənpərvər gənclər yetişdirməyin məktəbdən başlanılmasının zəruriliyini qeyd edərək deyirdi: “Müstəqil Azərbaycanın gənc nəslinin hər bir nümayəndəsi məktəbdə milli təhsil alaraq öz xalqının, millətinin tarixini qədim dövrlərdən bu günümüzədək yaxşı öyrənməlidir. Əgər o, bunu öyrənməzsə əsl vətəndaş ola bilməz, əgər o, bunu öyrənməzsə öz millətini dəyərləndirə bilməz, əgər o, bunu öyrənməzsə öz milli mənsubiyyəti ilə lazımi səviyyədə qürur duya bilməz”.

Heç şübhəsiz ki, hər bir xalqın inkişaf sürəti onun yetişdirdiyi gənc nəslin mədəni səviyyəsi ilə bilavasitə bağlı olub. Gənclərin inkişafı isə onların aldığı tərbiyə və təhsilin səviyyəsi ilə müəyyənləşdirilir. Bu keyfiyyətlərin təməlləri ailədə qoyulursa, daha sonra parta arxasından formalaşdırılmağa başlayır. Onların hansı istiqamətə yönəldilməsi təfəkkürlərindən, düşüncə tərzlərindən və insani keyfiyyətlərindən asılıdır. Bəlkə də, bu səbəbdən idi ki, müstəqilliyimizin qazanılmasından əvvəlki dövrlərdə sovet ideoloqları gənc nəsilə öz tarixini unutdurmağa çalışırdılar.

 

Sovet hakimiyyəti illərində məktəblərdə “SSRİ tarixi” adı altında heç bir xalqın özününkü olmayan müstəmləkəçilik tarixi tədris edilirdi. Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq tarixi sovet ideologiyasına uyğunlaşdırılaraq təhrif olunmuş şəkildə öyrədilir, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan kimi qədim tarixə malik bir diyardan isə, ümumiyyətlə, bəhs edilmirdi. Bu səssiz assimilyasiya siyasətinə müstəqilliyimizin qazanılmasından sonra son qoyuldu. Azərbaycanın əsl tarixinin üzə çıxarılmağa başladığı bu dövr Naxçıvan diyarının da tarixinin araşdırılması və bununla bağlı ümumiləşdirici nəşrlərin hazırlanması zərurətini yaratmışdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2012-ci il 6 avqust tarixdə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması ilə bağlı verilən Sərəncam bu diyarın tarixinin hərtərəfli öyrənilməsi, ümumiləşdirilmiş şəkildə yazılması və təbliği sahəsində mühüm bir addım oldu. Sərəncamda deyilirdi: “Azərbaycanın böyük bir yol keçmiş Naxçıvan diyarının tarixi lazımi səviyyədə öyrənilməmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyi dövründə və bu gün də ulu öndərin yolunun layiqincə davam etdirilməsi nəticəsində xalqımızın tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və milli dəyərlər sisteminin elmi dəlillər və aşkar edilmiş yeni faktlar əsasında araşdırılmasına başlanılmış, Azərbaycan, o cümlədən Naxçıvan tarixinə dair bir sıra elmi nəşrlər meydana çıxmışdır... Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması və keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni və zəngin materialların əldə edilməsi “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır”.

Həmin sərəncamın icrası istiqamətində görülən işlər çərçivəsində “Naxçıvan tarixi” çoxcildliyi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından ibarət 25 nəfərlik müəlliflər qrupu tərəfindən 2013- 2015-ci illərdə ərsəyə gətirilmişdir. Bu əsərin hazırlanmasına göstərilən dövlət qayğısı öz təsdiqini 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin mükafatına layiq görülməsində tapmışdır.                                                                       Naxçıvan tarixini qədim zamanlardan günümüzədək əhatə edən bu ümumiləşdirici əsərlə bağlı Azərbaycan elmi ictimaiyyətində keçirilən müzakirələr, yazılan rəylər onun geniş oxucu kütləsi qazanmasına öz töhfəsini verdi. Muxtar respublika mediası çərçivəsində “Naxçıvan tarixi” tədris proqramının yayımlanması, ali məktəblərdə uğurla tədris olunması həmin nəşrin elmi-tədqiqat istiqaməti ilə məhdudlaşmadığını, bütün vətəndaşların, xüsusi ilə də gənc nəslin öz tarixinə marağının artmasına əhəmiyyətli dərəcədə təsirini göstərir. Bu prosesin ən gözəl təzahürlərindən biri də ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün “Naxçıvan tarixi” adlı fakültativ məşğələ üçün tədris vəsaitinin hazırlanması və nəşr etdirilməsidir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qərarı ilə nəşr olunmuş yeni tədris vəsaiti “Naxçıvan tarixi” üçcildliyi əsas mənbə götürülməklə yazılıb. Bu amil tədris vəsaitində Naxçıvan diyarının ən qədim zamanlardan müasir dövrümüzədək olan tarixinin düzgün xronoloji ardıcıllıqla əks olunmasına imkan verib. Bu ardıcıllıq 3 bölmə üzrə qruplaşdırılıb.

“Naxçıvan qədim dövrlərdən XVIII əsrin ikinci yarısınadək” adlandırılan I bölmə adından da göründüyü kimi daha böyük bir zaman kontekstini əhatə edir. 14 paraqraflı bu bölmədə, təqribən, 100 min il davam edən geniş bir zaman çərçivəsində baş verən tarixi hadisələr işıqlandırılıb. Bölmədə Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması, quldarlıq və feodalizm quruluşlarının xüsusiyyətləri, həmçinin Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, İntibah mədəniyyəti, Naxçıvan tüməni, Səfəvilər dövləti, Naxçıvan sancağı və digər mövzular ayrıca başlıqlar altında verilib.                                                                          Kitabın II bölməsi Naxçıvanın XVIII əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrünü əks etdirir. Bu bölmədə Naxçıvan xanlığı, Qacarların yürüşləri, Türkmənçay müqaviləsi, ermənilərin bu diyara köçürülməsi və bunun acı nəticələri geniş şəkildə şərh olunub. Bölmənin son paraqrafları Kəngərli yurdunun generalları və bu dövrün mədəniyyətinin işıqlandırılmasına həsr edilib.

Vəsaitin III bölməsində Naxçıvanın XX əsrin əvvəllərindən müasir dövrümüzədək olan tarixi əks olunub. 12 paraqrafdan ibarət bu bölmədə Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan əlaqələri, Moskva və Qars müqavilələri və onların əhəmiyyəti, Azərbaycan dövlətçiliyində mühüm yeri olan Naxçıvanın muxtariyyət tarixi, ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti işıqlandırılıb, Naxçıvanın müstəqillik dövründəki inkişaf mərhələləri şərh edilib.

Şagirdlərə tariximizin öyrədilməsində böyük əhəmiyyətə malik olan vəsaitin dəyərini artıran cəhətlərdən biri də qan yaddaşımız olan tarixi günlərin ayrıca başlıqlar altında izah olunmasıdır. Bu başlıqlar gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malikdir.

Tədris vəsaitinin digər mühüm cəhəti son illərdə Naxçıvanda baş verən siyasi və iqtisadi-mədəni proseslərin xüsusi paraqraflarda işıqlandırılmasıdır. “Naxçıvan Muxtar Respublikası müasir dövrdə”, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi”, “Naxçıvan-abidələr diyarı”, “Naxçıvanda elm, təhsil və mədəniyyət müasir dövrdə” adlandırılan bu paraqraflar gənc nəslin yaşadığı dövrdə baş verən hadisələri şərh etməklə, onlarda tarixinə, mədəniyyətinə marağı daha da artırmaq, eyni zamanda qurub-yaratmaq əzminə stimul vermək baxımından əhəmiyyətlidir. Tarixi hadisələrin ayrıca “Xronologiya” bölməsində sistemləşdirilməsi vəsaitin dəyərini daha da artırıb.

Dərs vəsaiti təhsillə elmin əməkdaşlığının göstəricisi olmaq baxımından da əhəmiyyətlidir. Belə ki, vəsaitin AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin redaktorluğu ilə, həmçinin bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərlinin və digər iki əməkdaşın rəyi əsasında nəşr olunması onun dəqiq elmi qaynaqlara söykəndiyinə təminat verir. “Naxçıvan tarixi” ümumiləşdirici əsərinə əsaslanmaqla bərabər, 25 əlavə mənbəyə də müəyyən istinadların edilməsi dərs vəsaitinin əhəmiyyətini daha da artırır.

Qeyd etdiyimiz kimi, yeni nəşrin fakültativ məşğələlər zamanı tədris olunması nəzərdə tutulsa da, fundamental elmi bazaya söykənməsi, dilinin lakonikliyi, tarixi hadisələrin sadələşdirilmiş formada verilməsi və konkretliyi onun orta məktəb çərçivəsini aşaraq tarixini öyrənmək istəyən hər bir vətəndaşın stolüstü kitabına çevriləcəyinə zəmanət verir. Dərs vəsaiti muxtar respublikamızda tariximizin öyrənilməsinə və təbliğinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Yaradılmış bu münbit şərait geniş elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

İnanırıq ki, tədris vəsaiti böyüməkdə olan nəslin orta məktəb dövründən tariximizə məhəbbət və vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayacaqdır.

Zeynəb QuLİYEVA

AMEA Naxçıvan Bölməsinin şöbə

müdiri, Əməkdar müəllim


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg