Məktəblilər arasında “Tariximizi qoruyaq və yaşadaq” aksiyasına start verildi

 

Qədim maddi mədəniyyət nümunələrinin toplanması və qorunması işində məktəblilərin də iştirakını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyaya start verilib.

Aksiya çərçivəsində şagirdlər muxtar respublika ərazisində olan qədim maddi mədəniyyət nümunələrini toplayaraq muzeylərimizə təqdim edəcəklər.

Ardını oxu...

Müasir Azərbaycan kəndi – Gülşənabad


Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”.

Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış islahatlar quruculuq işlərinin miqyasını xeyli genişləndirib. Bunun ən bariz nümunəsi isə hər il abadlaşan, bütün sahələrdə rahat infrastruktur təminatı yaradılan kəndlərin sayının artmasıdır. Babək rayonunun Gülşənabad kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi də bir kəndin timsalında ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

Oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradıcılıq mərkəzində olub, dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

. İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.

Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir.

Ardını oxu...

Müəllim əməyi yüksək qiymətləndirilir

Artıq 19 ildir ki, müəlliməm, bu adı şərəflə daşıyır və bununla da fəxr edirəm. Bu gün müəllimlərimiz cəmiyyətimizin ən hörmətli təbəqəsidir.

Dövlətimiz tərəfindən bu peşənin sahiblərinə hər zaman diqqət göstərilir. Onların əməyi daim qiymətləndirilir. Təhsilə göstərilən qayğını bölgələrimizdə, eləcə də Şərur rayonunda da görmək mümkündür. Bu gün rayonumuzda yeni məktəb binaları tikilir, müasir təhsil üçün hər cür şərait yaradılır. Məqsəd bundan ibarətdir ki, övladlarımız yaxşı təhsil alsınlar, bilikli, savadlı, eyni zamanda vətənpərvər gənclər kimi yetişsinlər. Biz müəllimlərin qarşısında duran ən vacib vəzifə də gənc nəslin hərtərəfli yetişdirilməsinə çalışmaqdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg