• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4932
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9117
mod_vvisit_counterBu ay41449
mod_vvisit_counterÜmumi2508714

Tarix: 25 Apr., 2024

“Kəngərli rayon ümumtəhsil məktəblərində məktəblilərin dram müsabiqəsinin məktəbdaxili seçimi aparılıb”

22 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində məktəblilərin dram müsabiqəsinin məktəbdaxili seçimi aparılıb. Müsabiqənin məktəb mərhələsində ümumtəhsil məktəblərindən 15 kollektiv iştirak edib. Keçirilən tədbirlərdə qeyd olunub ki, məktəblilərin dram müsabiqəsi Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “Oxunması zəruri olan kitablar”ın siyahısında olan əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.

Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərindən, Qarabağlar kənd 1nömrəli tam orta məktəbin şagirdləri Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərindən, Qarabağlar kənd 2№-li tam orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsindən, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdləri Hüseyn Cavidin “İblis” əsərindən, Xok kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Anamın kitabı” və “Danabaş kəndinin əhvalatları” əsərindən, Yurdçu kənd tam orta məktəbinin şagirdləri “Cırtdan” nağılından, Qabıllı kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, “İranda hürriyyət” və Məhəmməd Tağı Sidqinin “İki bacının söhbəti” əsərlərindən, Çalxanqala kənd tam orta məktəbinin şagirdləri Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərindən, Xıncab kənd tam orta məktəbinin şagirdləri Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərindən, Təzəkənd tam orta məktəbinin şagirdləri “Nəsimi” filmindən, Böyükdüz kənd tam orta məktəbinin şagirdləri Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Mərdi-Xəsis” əsərindən, Yeni Kərki kənd tam orta məktəbinin şagirdləri isə Hüseyn Cavidin “Ana” əsərindən parçalar səhnələşdirmişlər. Seçim turunda iştirakçıların çıxışlarının qiymətləndirilməsi zamanı iştirakçı dram kollektivlərinin tamaşaya uyğun səhnə tərtibatı, əsərdəki dövrlə səsləşən geyimlər, istifadə olunan aksesuarlar, aktyor sənətinin əsasını təşkil edən: hadisələrə münasibət, aydın intonasiya və tələffüz münsiflər tərəfindən əsas şərt kimi götürülüb. Qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunub.

Dram müsabiqəsinin məktəbdaxili seçimində ümumilikdə rayonun ümumtəhsil məktəblərindən 107 məktəbli iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg