• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün697
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə5532
mod_vvisit_counterBu ay44544
mod_vvisit_counterÜmumi2222638

Tarix: 30 Noy., 2023

Naxçıvanda 2020-ci il “İxrac ili” elan edildi


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının uğurla icrası sosial-iqtisadi inkişafı təmin etmiş, makroiqtisadi göstəricilər bütün parametrlər üzrə artmış, yeni sənaye müəssisələri yaradılmış və yerli istehsalın həcmi çoxalmışdır.

Ardını oxu...

"Təbii fəlakətlər zamanı nə etməli?" mövzusunda maarifləndirici tədbir keçirilmişdi

Ordubad Rayon Bist kənd tam orta məktəbində "Təbii fəlakətlər zamanı nə etməli?" mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə məktəbin coğrafiya müəllimi Müseyib Bayramov şagirdlərə təbii fəlakətlər, onların necə baş verdiyi və baş verəcək hər hansı bir təbii fəlakət zamanı nə etmələri barədə məlumat vermiş, ətraflarındakı insanlara kömək edilməsi qaydalarını izah etmişdir.

Şagirdlərin sualları cavablandırılmışdır. Zəlzələ haqqında da şagirdlərə məlumat verilmiş bu cür bir hadisə baş verərsə hansı hərəkətləri etmək lazım olduğu onlara izah edilmişdir.

Sonda mövzuya aid video material nümayiş etdirilmişdir.

Babək Rayonunda inşa yazı müsabiqəsi keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı il dönümünun qeyd olunması ilə əlaqədar Babək rayon ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri arasında “Ulu yurdum Naçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Güznüt kənd tam orta məktəbinin XI sinif şagirdi Babayeva Aysun Əsəd qızı 1-ci yerə, Şəkərabad kənd tam orta məktəbinin X sinif şagirdi Hüseynova Səkinə Füzuli qızı 2-ci yerə və Didivar kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva Nuray Murad qızı 3-cü yerə layiq görülərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsində iştirak etmək hüququ qazanıblar.

Qaliblər Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.

“Mübarizlik zirvəsi” adlı sənədli film nümayiş olunmuşdur

Fevralın 6-da   Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə məktəblilərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş “Mübarizlik zirvəsi” adlı sənədli film nümayiş olunmuşdur.

Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg