Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikada ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramında uğur qazanmış namizədlərlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov uğur qazanan gəncləri təbrik edərək bildirib ki, proqramın məqsədi təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Ardını oxu...
|
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Ziyarət zamanı qonaqlara muzeydə ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü, zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində davam edən tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə müəllim əməyini əvəzsiz qiymətləndirən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyasının təhsil sektorunda xüsusilə diqqəti cəlb etdiyini söyləyən Tükəzban Quliyeva "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"ı da təhsil siyasətinin, institutsional və insan kapitalının inkişafı baxımdan mühüm yer tutduğunu qeyd edib.
Ardını oxu... Açılış tədbirində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov iştirak edib. Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov məlumat verərək bildirib ki, yeni inşa olunan binalarda Şahbuz və Babək rayonlarının Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzləri fəaliyyət göstərəcəkdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan inzibati binaların hər birində ümumilikdə 15 məşğələ otağı, 1 sərgi salonu, 1 bufet və 7 təsərrüfat otağı vardır.
Ardını oxu... “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqramda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili də nəzərdə tutulmuşdur ki, bu istiqamətdə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Fərmanı ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılmış, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik qəbul planı tərtib olunmuş, peşə təhsili müəssisələrinə ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları müsabiqə yolu ilə işə qəbul olunmuşdur.
Ardını oxu... |
|