Naxçıvan Dövlət Texniki Kollecində publisist-politoloq Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi olub.
Kollecin direktoru Asəf Ruşanov qeyd edib ki, “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsəri Naxçıvanla bağlı tarixi məqamların ortaya çıxarılması və geniş auditoriyaya çatdırılması baxımından dəyərli bir töhfədir.
Bildirilib ki, “Oxunması zəruri olan kitabların siyahısı”na salınan bu əsər elmi və tarixi nəşrdir. Dəqiq tarixi həqiqətlər, xəritələr, şəkillər və digər sənədlərin əsasında hazırlanan bu kitab təkcə Azərbaycan tarixinin araşdırılmasında vacib rol oynamır.