• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün43
mod_vvisit_counterDünən791
mod_vvisit_counterBu həftə12742
mod_vvisit_counterBu ay1830
mod_vvisit_counterÜmumi1854029

Tarix: 03 İyun, 2023

Şərur rayonunda Şahmat yarışı keçirilmişdir

28 yanvar 2020-ci il tarixdə Şərur rayon Uşaq-Gənclər İdman Şahmat məktəbində Şahmat Federasiyasının Şərur rayon bölməsi, Şərur rayon Təhsil Şöbəsi və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 02 fevral- “ Gənclər Günü ” münasibəti ilə şahmat yarışı keçirilmişdir. Yarışda ümumtəhsil məktəbləri üzrə 58 gənc şahmatçı öz bacarıqlarını sınamışlar. Tədbirin sonunda 1-ci yeri Abdullayeva İlhan İlyas oğlu, 2-ci yeri Qasımov Turan Vəli oğlu, 3-cü yeri Həsənova Fəridə Adil qızı, 4-cü yerin qalibi Seyidov Kazım Daşqın oğlu olmuşdur. Orucova Günay Lətif qızı və Həsənli Günel Vaqif qızı ilə bacarıq və qabiliyyətlərinə görə digər şahmatçılardan fərqlənmişlər.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Dərnək üzvləri Natti Biskivit və Şokalad fabrikində ekskursiyada oldular

28 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin bir qrup dərnək rəhbəri dərnək üzvləri ilə birlikdə “Ləzzət Qida-Sənaye” MMC-nin Natti Biskivit və Şokalad fabrikində ekskursiyada oldular. Əvvəlcə gigiyenik qaydalara uyğun olaraq ekskursiyada iştirak edənlərin hamısını xüsusi geyimlə təmin etdilər. Daha sonra dərnək üzvlərinə fabrikdə vafli və peçenye istehsalı prosesləri ilə tanış oldular. İstehsal avadanlıqları paketləmə və qablaşdırma prosesləri haqqında məlumat almaqla yerindəcə prosesi izləmək mümkün oldu.

Dərnək üzvlərinə yeni istehsal olunmuş vafli və peçeniyelərdən hədiyyə olundu..

“Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminarlara başlanıldı

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Ardını oxu...

Təhsilə göstərilən qayğı bizi daha da ruhlandırır

Hər dəfə gənclərin uğurlarından söhbət düşəndə, haqlı olaraq, onların təhsil pillələrində atdığı ilk addımlarda böyük pay sahibi olan müəllimləri, bu dəyərli insanların əməyini ehtiramla yada salırıq. Həyatda harada yaşamağından, hansı vəzifə tutmağından asılı olmayaraq, hər bir kəs üçün məktəb illəri, burada qazandığı dostlar və şübhəsiz, onları ərsəyə gətirən müəllimlər həmişə dəyərli olub, şirin bir xatirə kimi ürəklərdə yaşayır. Bu mənada, təkcə muxtar respublikamızın deyil, ölkəmizin qabaqcıl təhsil ocağı olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb də qabaqcıl təhsil ənənələri ilə gələcəyimiz olan gənc nəslin bilik və bacarıqlar əldə etməsi, Vətənə məhəbbət və dövlətçiliyimizə sədaqətruhunda tərbiyə olunması yolunda böyük uğurlar qazanıb. Çəkilən zəhmətə dövlətimiz tərəfindən verilən yüksək qiymət isə bu təhsil ocağının kollektivini daha böyük uğurlara aparan amil kimi hər kəsi sevindirir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg