Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Daxili İşlər və Təhsil nazirlikləri tərəfindən yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planının icrası davam etdirilir. Buna əsasən, yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ olunması məqsədilə maarifləndirici söhbət aparılıb.