“Biz qalib gəldik!” adlı tədbir keçirilib

09 noyabr 2021-ci il tarixdə  Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Bayraq Meydanında “8 Noyabr – Zəfər Günü”  və “9 Noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Biz qalib gəldik!” adlı tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd Vətən müharibəsində qazanılan qələbənin təbliği və gənc nəslə öyrədilməsi, vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, məktəblilərə həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda təbiyələndirilməsinin təmin edilməsi və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarət olub.

Ardını oxu...

Naxçıvanda Zəfər Günündə Kəngərli rayon Bayraq Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi, Lider-xalq birliyinin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Dövlət-xalq-ordu birliyi, xalqın liderinə olan inamı tarixi Qələbəni təmin etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Üçrəngli bayrağımız işğaldan azad edilən ərazilərdə dalğalanır.

Ardını oxu...

Naxçıvanda Zəfər Günü münasibətilə ağacəkmə keçirilib

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Tarixi zəfər qazanıldı, ərazi bütövlüyümüz bərpa olundu. Ölkə Prezidentinin dediyi kimi: “Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Çünki xalqımız işğal dövründə əyilmədi, vəziyyətlə barışmadı, öz doğma torpaqlarını unutmadı... ordumuzu gücləndirdik, iqtisadiyyatı gücləndirdik, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq, tarixi ədalətə nail olduq”.

Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkmək, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Ardını oxu...

“8 Noyabr - Zəfər Günü” ilə bağlı rəsm müsabiqəsi keçirilib

Noyabrın 6-da “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.  Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev çıxış edərək bildirmişdir ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Ardını oxu...

“8 Noyabr - Zəfər Günü” ilə bağlı tədbir keçirilib

Azərbaycan tarixində bir çox şərəfli anlar, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük tarixi zəfəri isə heç şübhəsiz dövlətçilik tariximizdə ən əhəmiyyətli hadisədir. Bu gün münasibəti ilə muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində konsert proqramı təşkil olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, “Qarabağ Azərbaycandır!” şüarının müəllifi olan Prezident İlham Əliyev bunu təkcə sözdə yox, öz fəaliyyətində də təsdiqlədi. Torpaqlarımız düşmən tapdağından azad edildi.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg