Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2 noyabr-2 dekabr 2021-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.                  
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində olublar. Muzeyin bələdçisi Bədəlova Hicran ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin il may ayının 10-da fəaliyyətə başlayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

Ardını oxu...

İnnovativ dərnəklərin fəaliyyəti ilə bağlı yığıncaq keçirilib

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərin fəaliyyəti ilə bağlı yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından bəhs edərək qeyd etmişdir ki, muxtar respublikada uşaqların təhsili ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, məktəbdənkənar müəssisələrdə müasir tədris şəraiti qurulur və müxtəlif innovativ dərnəklər yaradılır.

Təhsil naziri bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində əsas amillərdən biri də innovativ dərnəklər üzrə kadr hazırlığıdır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən qısa müddət ərzində dərnək rəhbərlərinə robotexnika, mental aritmetika, qum sənəti, ebru sənəti, xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma, metal üzərində bədii döymə, rəqs, gimnastika dərnəkləri üzrə kurslar təşkil edilib. Rəsm və digər yaradıcı dərnəklər üzrə ustad dərslər keçirilmiş, yeni innovativ dərnəklər üzrə muxtar respublikada ilk dəfə olaraq sərgi-müsabiqələr təşkil olunmuşdur.

Ardını oxu...

Muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində sınaq imtahanı keçirilib

30 oktyabr 2021-ci il tarixdə muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün sınaq imtahanı keçirilib. Sınaq imtahanı buraxılış imtahanı formatında təşkil edilib.

Sınaq imtahanı IX siniflər üçün I mərhələ buraxılış imtahanının formatında olduğu üçün maksimum 90 bal, X və XI siniflər üçün isə buraxılış imtahanının formatında maksimum 300 bal təşkil edir.

Sınaq imtahanının sualları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Təhsil Kursları tərəfindən hazırlanıb, sual kitabçaları İmtahan Mərkəzində çap olunub. İmtahanın nəticələri 1 həftə ərzində elan olunacaqdır.

Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili diqqət mərkəzindədir

Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin kitabxanaçıları ilə “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda seminar keçirilib.

Seminarda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, kitabxanaların ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılmış, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmişdir. Bunun nəticəsidir ki, ümumtəhsil məktəblərinin kitabxana fondlarında 3 milyona qədər dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat və ayrı-ayrı fənlərin tədrisi üçün 2140 ədəd elektron tədris vəsaiti vardır. 2018-ci ildən bu günədək 20 kitabxana müdiri 8 kitabxanaçı imtahanla işə qəbul edilmişdir. 2020-2021-ci tədris ilində isə məzunlardan 4-ü ali məktəblərin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasına qəbul olub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg