“Şanlı zəfər tariximiz” devizi altında voleybol üzrə rayon birinciliyi keçirilib

Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər idman məktəbinin  birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan!” devizi altında müxtəlif fəaliyyət istiqamətləri üzrə keçiriləcək müsabiqələrə dair “Tədbirlər Planı”na uyğun olaraq Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət voleybol idman klubları arasında “Şanlı zəfər tariximiz” devizi altında voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış qələbənin təbliği və zəfər tarixinin gənc nəslə öyrədilməsi, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, voleybol idman növünün daha da inkişaf etdirilməsi, gənc nəslin idmana olan marağının artırılması və şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olub.

Ardını oxu...

Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

Oktyabrın 22-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.

Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.

Şagirdlər üçün müəllim Urfan Sevdimalıyev tərəfindən saat 11:00-da “Evans qambitinə aid oyunların təhlili” mövzusunda keçirilən interaktiv dərsdə şahmata yeni başlayanlar üçün sadə qambit nə demək izah olunaraq nümayiş olunub. Evans qambitinə aid oyunlardakı səhvlər bildirilib və birlikdə təhlil olunaraq düzgün oynamaq qaydaları göstərilib. Dərs müddəti 25 dəqiqə olub.

Ardını oxu...

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Təhsil Kouçu"xidməti adlı layihənin açılış tədbiri keçirilmişdir

22 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə  Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olan məktəbin direktoru Esmira Həsənovanın “Təhsil Kouçu"xidməti adlı layihənin açılış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Həsənova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevə verdi.  Şöbə müdiri dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.  O, bildirdi ki, 2020/2021-ci tədris ili  Naxçıvan şəhər təhsili üçün uğurlu bir il olmuşdur. Həmin uğurların sırasında Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin və qrant müsabiqə qaliblərinin də payı vardır. Bu münasibətlə layihə qaliblərini təbrik edərək layihənin işinə uğurlar arzuladı.

Ardını oxu...

Məktəb kitabxanalarında “Kitab bilik mənbəyidir” mövzusunda diskussiyalar keçirilib

Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir. Muxtar respublika məktəblərində yaradılan şərait şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açır, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir.

“21 Oktyabr-Beynəlxalq Məktəb Kitabxanaları Günü” ilə bağlı məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Kitab bilik mənbəyidir” mövzusunda diskussiyalar keçirilib.

Ardını oxu...

STEAM Tədris Mərkəzindən “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın  50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, STEAM təhsil metoduna aid dərsliklər hazırlanmış, 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  oktyabrın 21-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərs təşkil olunub. Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə keçirilən interaktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg