• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün5006
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9191
mod_vvisit_counterBu ay41523
mod_vvisit_counterÜmumi2508788

Tarix: 25 Apr., 2024

“Böyük Qayıdış” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan!” devizi altında müxtəlif fəaliyyət istiqamətləri üzrə keçiriləcək müsabiqələrə dair “Tədbirlər Planı”na uyğun olaraq Kəngərli Rayon Uşaq gənclər şahmat məktəbində “Böyük Qayıdış” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətən müharibəsinin təbliği və gənc nəslə öyrədilməsi, Kəngərli rayon şahmatçıları arasında bacarıqlı və istedadlı şahmatçıların üzə çıxarılması, şahmat oyununun daha da kütləviləşdirilməsi, şahmatçılar  arasında idman və dostluq əlaqələrinin inkişaf etdirilməsindən ibarət olub.

Yarış başlamazdan əvvəl Uşaq-Gənclər Şahmat məktəbinin direktoru Əli Hüseynzadə çıxış edərək, bildirib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

Daha sonra 6 turdan ibarət olan və “İsveçrə” sistemi ilə keçirilən yarışa start verilib. Rayon birinciliyində məktəb mərhələsində fərqlənən 36 şahmatçı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, Mustafa Bəylərov I, Mirhadı Seyidli II, Ayxan Hüseynli III yerə layiq görülüb. Qızlar arasında isə İnci Babayeva I, Məhcəbin Rzalı II, Sara Rzayeva III yerə layiq görülüb. Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg