Dərvişlər kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 3945 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 48 internet istifadəçisi vardır.

Ardını oxu...

“Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub

Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf edib, aqrar sahədə islahatların əhatə dairəsi genişlənib. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi mühüm rol oynayır.

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dayaq məntəqəsində yaradılan şəraitlə tanış olub.

Ardını oxu...

Şərur rayonunun Dərvişlər kəndində yeni sosial obyektlər istifadəyə verilib

Bu gün muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və inkişafı təmin etmişdir. Şərur rayonunun Dərvişlər kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “...Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Ardını oxu...

Payız-qış mövsümü ilə bağlı maarifləndirici tədbir keçirilib

Naxçıvan Şəhər Peşə Liseyində Naxçıvan Muxtar Respublikası Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə payız-qış mövsümünə hazırlıq və görülən işlərlə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müssisələrinin ocaqçıları və Naxçıvan Şəhər Peşə Liseyinin “Qazanxana maşinisti” peşə kurslarında tədris aparan müəllimlər iştirak etmişdir.

Ardını oxu...

Məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir

Muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində mühüm tədbirlər həyata keçirilir. Şagirdlərdə özünə inam hissini formalaşdırmaq, ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında fənn olimpiadaları keçirilir. Bu olimpiadalardan biri də muxtar respublika fənn olimpiadasıdır.

23 oktyabr 2021-ci il tarixdə  IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I-şəhər və rayon mərhələsi keçirilmişdir. 500-dən artıq şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25 sual təqdim olunmuşdur. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə maksimum üç saat vaxt verilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg