• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün11
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə11
mod_vvisit_counterBu ay22059
mod_vvisit_counterÜmumi2538875

Tarix: 19 May, 2024

STEAM Tədris Mərkəzindən “TinkerCad proqramı ilə 3D modelləşmə” mövzusunda ilk interaktiv dərs keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın  50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, STEAM təhsil metoduna aid dərsliklər hazırlanmış, 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  oktyabrın 21-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərs təşkil olunub. Şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə keçirilən interaktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.

Təhsil Nazirliyinin təlimçisi Ceyran Məmmədova tərəfindən keçirilən interaktiv dərsdə “TinkerCad” proqramı vasitəsi ilə prototip qurğuların layihələrinin hazırlanması, proqramdan istifadədə mühəndislik və dizaynerlik bacarıqlarının rolu barədə məlumat verilib. “TinkerCad” proqramı vasitəsi ilə modellərin hazırlanması, proqramlaşdırma və simulyasiya vasitəsi ilə elektron qurğular üzərində işləməyin yolları izah edilib. 3D obyektləri yaratmaq üçün kod sətirlərinin tətbiqi yolları şagirdlərə praktik öyrədilib.

İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg