
Bu gün muxtar respublikada yaradılan şərait, iqtisadiyyatın ildən-ilə gücləndirilməsi, tikinti və xidmət sahələrinin genişləndirilməsi, eləcə də sənayenin sürətlə inkişafı peşə təhsilini günün tələbinə çevirmiş, peşə ixtisaslı kadrların yetişdirilməsi işi əsas istiqamət olaraq seçilmişdir. Muxtar respublikada peşə təhsilinin inkişafına diqqət daha da artırılmış, yeni məktəb binaları tikilmiş və ya yenidən qurularaq mühəndis-pedaqoji heyətin və müdavimlərin istifadəsinə verilmişdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində peşə təhsili sisteminin müasir tələblər səviyyəsində yenidən qurularaq inkişaf etdirilməsi, bir sıra dövlət proqramlarının qəbul edilməsi və icrasının uğurla həyata keçirilməsi, bu sahədə çevik idarəetmənin təmin olunmasına şərait yaratmış, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına nail olunmuşdur.
04 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində 

IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi olub. Olimpiadada 629 şagird iştirak edib. 