• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün317
mod_vvisit_counterDünən831
mod_vvisit_counterBu həftə4397
mod_vvisit_counterBu ay28226
mod_vvisit_counterÜmumi2495491

Tarix: 18 Apr., 2024

“Bayrağımız qürur mənbəyimizdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

04 noyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “9 Noyabr-Dövlət Bayrağı Günü” ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcılıq potensialını inkişaf etdirmək, məktəblilərə Vətənə sevgi və məhəbbət hislərini aşılamaqdan ibarətdir.

Kəngərli Rayon Təhsil Şöbəsinin metodiki kabinet müdiri Həsən Tağıyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir ki, 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd edilir.

Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 46 şagird iştirak edib. Müsabiqənin yekun nəticələrinə əsasən, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin XI sinif şagirdi Günel Musayeva I, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Münəvvər Əliyeva II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin XI sinif şagirdi Xanım Fərəcova III, Yurdçu kənd tam orta məktəbinin X sinif şagirdi Lalə Sadiqli, həmin məktəbin IX sinif şagirdi Turac Mehdiyeva, Təzəkənd tam orta məktəbinin IX sinif şagirdi Püstə Əsgərli isə həvəsləndirici yerə layiq görülüblər.

İnşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg